Rusiyalı ekspert: Haftar sponsorlarını artıq narahat edir
Xəlifə Haftar Misir, BƏƏ və Səudiyyə Ərəbistanı kimi sponsorlarını artıq narahat edir.
Bunu rusiyalı siyasi ekspert Andrey Çuprıqin deyib.
O bildirib ki, bu ölkələr Liviyada Haftara maliyyə buraxsalar da, nəticə əldə edə bilmədilər:
“Artıq itkiləri bərpa etmək və yeni bir qərar vermək vaxtı çatıb”.
Siyasi ekspert deyib ki, Milli Razılıq Hökuməti Türkiyənin sayəsində Haftara qarşı güclü müqavimət göstərə bilib:
“Haftar çətin vəziyyətdədir və bütün tərəfdarları ondan üz döndərdi. O, ikinci Qəzzafi olmaq istədi. 76 yaşında bu onun son şansı idi”./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın