“Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - Erməni politoloq
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.
Faktinfo.az Report.az-a istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyanın əqidədaşlarından sayılan politoloq Levon Şirinyan “Arm Daily”yə müsahibəsində söyləyib.
“Onlar bizim müvəqqəti müttəfiqimiz olsalar da, bundan təcili imtina etmək lazımdır”, - politoloq vurğulayıb.
Xatırladaq ki, yanvarın 20-də N.Paşinyan parlamentin hökumət saatında Şuşanın erməni şəhəri olmadığını söyləyib: “Yəni demək istəyirsiniz ki, 90 % və daha çox azərbaycanlı əhaliyə malik Şuşa erməni şəhəridir?”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın