Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar keçirilir

Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar keçirilir 

Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar baş qaldırıb.

Faktinfo.az Report.az-a istinadla xəbər verir ki, Yekaterinburq və Novosibirsk şəhərlərində Ukraynada aparılan hərbi əməliyyatlara etiraz olaraq yüzlərlə fəal yürüş keçiriblər.

Yekaterinburqda hüquq-mühafizə orqanlarına müqavimət göstərən iki gənc qız saxlanılıb.

Paytaxt Moskvada Puşkin meydanında bir qrup fəal nəqliyyatın hərəkətinə mane olaraq müharibə əleyhinə şüarlar səsləndiriblər.

Rusiyanın qərb qapısı Sankt-Peterburqda da Ukraynadakı hərbi əməliyyatlara etiraz olaraq insanlar küçələr axışıblar. Üç nəfər saxlanılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi