RUSİYANIN DİVİZİYA KOMANDİRİ MƏHV EDİLDİ... - Yüksək rütbəli zabitləri öldürüldü, əsir götürüldü + FOTOLAR/VİDEOLAR
Ukraynada həlak olan rusiyalı hərbçilərinin sıralarına raket artilleriya diviziyasının komandiri, Tatarıstandan olan polkovnik-leytenant Dmitri Domidontov qatılıb.
Onunla birlikdə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı artilleriyaçı Aleksandr Okrujnov həlak olub.
Həmçinin qərargah rəisi, Altay diyarından olan mayor Oleq Lisovski və dəniz piyadaları tağımının komandiri, baş leytenant Bekham Verdixanov da həlak olub.
Bu barədə Dialoq.UA Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefanın Telegram kanalına istinadən xəbər verir.
Qeyd olunur ki, polkovnik-leytenant Domidontov martın 20-də məhv edilib. Ukraynalı müdafiəçilər üç rusiyalı zabitinin: bölmə komandiri, batalyon komandiri və aviasiya nəzarətçisi olan blindajı vurublar.
“Onlar artıq Ukraynaya və onun xalqına qarşı hərbi cinayətlər törətməyəcək”, - Stefan bildirib.
Dormidontov Ukraynada “təlimlər” zamanı öldürülən ikinci tatarıstanlı polkovnik-leytenantdır. Bundan əvvəl Kazanlı Renat Qaysin məhv edilib.
Ukrayna döyüşçüləri Xarkov vilayətində Rusiya ordusunun tank polkunun leytenant rütbəli zabitini əsir götürüblər. Virtualaz.org xəbər verir ki, Molçanov Dmitri Vladimiroviç adlı həmin zabit Rusiyanın Qərb Hərbi Dairəsinin tərkibində olan 59-cu tank polkunda qulluq etdiyini, rabitə rəisi olduğunu deyir. Bildirir ki, bir aydan artıqdır gedən döyüşlərdə onların polku tam məhv edilib. Polkun şəxsi heyətindən cəmi 2 nəfər sağ qalıb, qalanlar isə ya öldürülüb, ya yaralanıb.
Leytenant Molçanovun xidmət etdiyi polk Xarkov vilayətindəki Malaya Roqan kəndinə daxil olub və kəndi dağıdıb.
“Polkun şəxsi heyətinin demək olar ki, hamısı öldürülüb, bir qismi əsir düşüb. Cəmi iki nəfər sağ qalıb - kapitan Denisov və polkovnik Oneykin”, - o deyir.
Xatırladaq ki, Xarkov istiqamətdə gedən döyüşlərdə Rusiyanın Qərb Hərbi Dairəsinin 1-ci tank ordusu nəhəng miqdarda itkilər verib, nəticədə ordu komandanı, general-leytenant Sergey Kisel vəzifəsindən azad edilib. 59-cu tank polku da 1-ci tank ordusunun diviziyalarından birinin tərkibindədir.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsndə məlumat yayıb.
Bildirilib ki, indiyədək 17 300 hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 605 ədəd tankı, 1 723 ədəd zirehli döyüş maşını, 305 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 131 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1 184 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 75 ədəd yanacaq çəni, 81 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.
Bu arada Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsindəki 4-cü və Abxaziya bölgəsindəki 7-ci hərbi bazalarının bölmələri Ukraynaya köçürülüb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat paylaşıb. Məlumatda qeyd olunub ki, 4-cü hərbi bazadan 1200-dək rus və osetiyalı döyüşçüdən ibarət üç batalyon taktiki qrup formalaşdırılaraq Ukraynaya göndərilib.
7-ci bazadan isə 800-dək hərbçidən ibarət iki batalyon taktiki qrup formalaşdırılıb.
Hazırda Rusiyanın Ukraynanın Kiyev və Şernoqov regionlarından geri çəkilməyə davam etdiyi bildirilir.
Bu xəbər üçün şərh yazın