Rusiyanın GİZLİ PLANI: - “Türkmənistan, Özbəkistan, Azərbaycan təhlükədədir”
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov mart ayının 15-nə növbədənkənar prezident seçkiləri təyin edib və hakimiyyətdən gedəcəyini bəyan edib.
Bəzi məlumatlara görə, onun öz yerinə oğlu Sərdarı gətirəcəyi gözlənilir. Sfera.az xəbər verir ki, bununla bağlı "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, bütün diktatorların sxemi eyni və sadədir. Onun sözlərinə görə, Qurbanqulunu buna məcbur edən səbəb də var:
"Həmin səbəb isə onun ölkəsinin Xəzəryanı dövlət kimi Rusiyanın dənizlərə nəzarət strategiyası siyasətinin diqqət mərkəzinə düşməsidir. Digər tərəfdən xatırlatmaq lazımdır ki, Qazaxıstan işğal olunduqdan sonra Rusiya onun ərazisindən Türkmənistan sərhədlərinə də çıxış əldə edib. Bu isə Moskvaya Türkmənistanı ələ keçirdikdən sonra Xəzər dənizini onun Şərq sahilindən tam əhatə etməyə və Özbəkistanı üç tərəfdən mühasirəyə almağa imkan verərdi”.
Ekspert qeyd edib ki, hazırda təhlükə təkcə Türkmənistan deyil, həm də Azərbaycan üçün mövcuddur:
"Ölkə daxilində baş verənləri də bu kontekstdə dəyərləndirmək daha düzgün olardı. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə saatlar qalması haqda paranoya isə yalnız bütün bu planlardan diqqət yayındırmaq üçündür”.
Bu xəbər üçün şərh yazın