Rusiyanın Gürcüstandakı narahatlığı:

Rusiyanın Gürcüstandakı narahatlığı: Luqara biolaboratoriyasına ekspertlər buraxılmır

Rusiya Tiflisdəki Luqara laboratoriyasının real məqsədlərini öyrənmək istəyir, lakin gürcü tərəfi bu müəssisəyə ekspertlərin buraxılması ilə bağlı məsələyə cavab vermir.

Bu məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Bizim narahatlığımızın predmeti odur ki, Vaşinqton Rusiya sərhədləri yaxınlığında nə ilə məşğul olduğunu izah etmir. Bu da tərəfimizdən milli təhlükəsizliyin təminatı kontekstində nəzərə alınmaya bilməz”, – deyə bəyanatda bildirilib.

Moskva, həmçinin, Luqara biolaboratoriyasında ABŞ Quru Qoşunlarının Tibbi Tədqiqatlar Mərkəzinin olduğunu deyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi