Rusiyanın hədəfi imperiyanı bərpa etməkdir - Kravçuk
Rusiya hakimiyyətinin hədəfi çətin ki, SSRİ-nin ikinci versiyasını yaratmaq olsun. Bununla belə Rusiya hakimiyyəti imperiyanın bərpa edilməsi barədə düşünür.
Bunu Ukraynanın eks-prezidenti Leonid Kravçuk deyib.
“Əgər onların siyasətini dinləsəniz, hətta yeni konstitusiyasını analiz etsəniz görərsiniz ki, hədəfləri imperiyanın bərpasıdır. Mən bunu qeyri-real hesab edirəm. Bunun heç bir maddi-mənəvi əsası yoxdur. Əgər Rusiyadan kimsə bunu reallaşdırmaq istəsə belə, bu, böyük yanlışlıq olacaq və ciddi nəticələrə gətirib çıxaracaq”, – Kravçuk bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın