“Rusiyanın valyuta ehtiyatları 40 milyard dollar azalıb” - Mərkəzi Bank

“Rusiyanın valyuta ehtiyatları 40 milyard dollar azalıb” - Mərkəzi Bank 

Fevralın 18-dən Rusiyanın Beynəlxalq ehtiyatları 38,8 milyard dollar azalaraq, 604,4 milyard dollar olub.

Bu barədə RBK Mərkzi Bankın məlumatına istinad edib.

Rusiya Mərkəzi Bankının məlumatına görə, azalmaya aşağıdakı amillər təsir göstərib: valyuta intervensiyaları, valyuta re-maliyyələşdirmələri, aktivlərin yenidən valyuta qiymətləndirməsi.

Fevralın 18-i vəziyyətinə Rusiyanın beynəlxalq ehtiyatları 643 milyard ekvivalent (müxtəlif valyutalarda və qızılla nominallaşdırılmış aktivlər) təşkil edib.

Xatırladaq ki, Ukraynadakı hərbi əməliyyatlar səbəbilə ABŞ və Avropa İttifaqı ölkələri Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyaları tətbiq edib və bu sanksiyalar Rusiyanın beynəlxalq valyuta ehtiyatlarının böyük hissəsinin dondurulması ilə nəticələnib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi