Rusiyapərəstlər Moldovada da uduzdu - Prezidentin partiyası qalib gəldi
İyulun 11-də Moldovada keçirilən parlament seçkisində prezident Maya Sandunun hakim partiyası qalib gəlib. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, “Hərəkət və Həmrəylik Partiyası” 52,5 faiz səs toplayıb.
Parlamentə seçkidə mübarizə aparan 20 partiyadan cəmi 3-ü düşə bilib. Keçmiş prezidentlər Vladimir Voronin və İqor Dodonun kommunist və sosialistlərdən ibarəd bloku isə 27 faizdən bir qədər artıq səs toplaya bilib.
Biznesmen İlan Şoromun milli-mühavizəkar “Şor” partiyası isə 6 faizə yaxın səs toplayıb. Qalan partiyalar isə parlamentə düşmək üçün lazım olan 5 faizli həddi keçə bilməyiblər. MSK-nın məlumatına görə, erkən parlament seçkiləri zamanı elə bir qanun pozuntusu aşkar edilməyib.
Seçici fəallığı 48 faiz olub. İlkin məlumata görə, beləliklə hakim “Hərəkət və Həmrəylik Partiyası” 101 yerlik parlamentdə 51-dən çox mandat qazanıb ki, bu təkbaşına hökumət yaratmağa bəs edir.
Qeyd edək ki, hakim “Hərəkət və Həmrəylik Partiyası” Avropa Birliyi ilə yaxın əlaqələrin tərəfdarıdır. Seçkidə ikinci yerdə gələn Voroninlə Dodonun müxalif blokları isə rusiyapərəs mövqe yerdidir və erkən seçkilərə səbəb, rəqiblər arasında yaranmış siyasi böhran oldu.
Qeyd edək ki, Moldova 2009-cu ildə yaradılmış Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının üzvüdür. Bu proqrama Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir. Məqsəd bu ölkələrlə Avropa Birliyi arasında siyasi və iqtisadi bağları dərinləşdirilməkdir.
Xatırladaq ki, 3.5 milyonluq əhalisi olan Moldova Avropanın ən yoxsul ölkələrindən biridir. Ölkə siyasətçiləri Rusiyaya meyllilərlə avropayönlülərə bölünüb. Avropayönlülər Moldova və ona mədəniyyəti və dili ilə yaxın Rumıniya arasında daha sıx əlaqələrə can atırlar. Rusiya 1990-cı illərdən bəri bu ölkədə silah anbarını qorumaq bəhanəsi ilə qoşun saxlayır. Moldova Rusiya qoşunlarının ölkədən çıxarılması üçün dəfələrlə BMT-yə müraciət edib.
Bu xəbər üçün şərh yazın