Rusiyaya sanksiya: Ərəbistan hasilatı artırır
Qərb sanksiyaları səbəbindən rus neftinin istehlakı azalacağı təqdirdə Səudiyyə Ərəbistanı hasilatı artırmağa hazırdır.
Bu barədə “Faynənşl Tayms” mənbəyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı və BƏƏ arasında təcili olaraq hasilatın artırılması məsələsi müzakirə edilib.
Mənbənin sözlərinə görə, sentyabr ayına nəzərdə tutulan hasilat artımının iyul-avqust ayına çəkilməsi planlaşdırılır.
Bildirilib ki, Ərəbistan Bayden administrasiyası ilə əlaqələrin nəticəsi olaraq öz mövqeyini dəyişmək və hasilatı artırmaqla bazarda qiymətləri stabilləşdirməyə razılaşıb.
Qeyd edək ki, AB-nin Rusiyaya tətbiq etdiyi 6-cı sanksiya paketində ilin sonuna qədər rus neftinin 90%-dən imtina nəzərdə tutulur./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın