Rusiya:“Yaxın Şərqdə və Suriyada Türkiyəsiz heç bir oyun mümkün deyil” – Təhlil
Məhməd Seyfəddin ƏrolMilli Gazete (Türkiyə), 10.07.2017 Türkiyə-Qərb münasibətlərində böhran hökm sürərkən və tərəflər AB və NATO kimi qurumlar vasitəsilə qarşılıqlı şəkildə “klubun qapı”sını göstərəndə Rusiya prezidenti Vladimir Putin deyir: “Türkiyəsiz mümkün deyil”. Lakin bunu harada və kimə deyir?
İntriqanı çox yubatmayacağam və bu suala dərhal cavab verirəm: son bir neçə gündə cəhənnəmə dönmüş, polisin necəgəldi güc işlətdiyi Hamburqda; ən inkişaf etmiş iqtisadiyyatlı ölkələrin liderlərinin birbaşa üzünə.
Məlum olduğu kimi, şölələnib yanan Hamburq G20 sammitinin liderlərini qəbul edib. Bə bu təşkilat liderlərinin önəmli qismi Qərb liderlərindən ibarətdir. Başqa sözlə, siqnal verməkdən ötrü bundan yaxşı yer ola bilməz! Yaxşı, amma Putin nə deyir?
Mətbuatın məlumatına görə, Putin Suriyadakı güvənlik zonalarının ölkənin bütövlüyünün təminatı baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq qeyd edib: “Bu zonaların sərhədləri xüsusunda saziş əldə edilməsi son dərəcə vacibdir. Türkiyənin dəstəyi olmadan İdlibdə və Suriyada güvənlik zonaları yaratmaq mümkünsüzdür”.
Bu sözlər nəyi bildirir?
Hər şey aydındır! De-fakto Suriya və İraq oxu üzrə Türkiyə ilə yaradılan ittifaq göz qabağındadır. Putin bnununla yanaşı Qərbə sıradakı siqnalları verir.
1. Suriyada güvənlik zonaları bizim rəyimizlə müəyyən edilib. Bu zonalar Suriyanın bütövlüyünə zəmanətdir. “Üçtərəfli mexanizm” yaratmış Türkiyə, Rusiya və İran Suriyada zamin ölkələr kimi öz qəti mövqelərini saxlayır.
2.Bununla bağlı Suriyanın bölünməsi və uyğun olaraq yeni vətəndaş müharibəsinə yol verməyəcəyik. “Demokartik Birlik” Partiyası (PYD) terrorçu təşkilatı/Xalq özünümüdafiə dəstələri (YPG) bu mərhələdə öz məqsədinə çatmayacaq.
3.Rusiya Suriyanın bütövlüyünün müdafiəsi istiqamətində bölgədə Türkiyənin addımlarına dəstək verəcək. Biz bununla bağlı Türkiyənin İdlib, Afrin və hətta Mənbicə nisbətdə əməliyyatlarını dəstəkləyirik.
4. Suriya-İraq oxu üzrə oyunu Türkiyəsiz pozmaq mümkün deyildi. Türkiyə “Böyük Yaxın Şərq” layihəsinin gerçəkləşdirilməsinə əngəl baxımından açar ölkədir və Rusiya bunu dərk edir.
Putinin bu bəyanatı Rusiyanın Suriyadakı digər müttəfiqi İrana dəstəklə bağlı əvvəlki bəyanatları ilə yanaşı qoyulsa, görə bilərsiniz ki, bundan sonra ABŞ-ın işləri qəlizləşir. Amerikanın əvvəllər dediyi kimi: “Türkiyə bunu bizimlə hesablaşmadan edib”.
O, sabah eyni sözü Afrin, İdlib və Mənbicə nisbətdə də deyər. Çünki Ankara və Moskva “cənab Vaşinqton”a, az qala, deyir: “Bu da sənə oyun!”
Bu bəyanat gözlənilməz idi? Əlbəttə, yox! Çünki hər şey daha əvvəllər başlanıb. Necə?
“Rusiya balansı və Türkiyə…”
Bu başlığı təsadüfən dırnağa götürməmişə, çünki Suriya oxu üzrə Türkiyə və Rusiya arasında ittfaqı haqda 2015-ci il 16 sentyabr tarixli “Suriyada Rusiya İncirliyi?” başlıqlı məqalədə xatırlatmışam. “Rusiya balansı və Türkiyə” başlıqlı bölmədə hərfiyyən sıradakını yazmışam: “Daha bir vəziyyət Türkiyədə vətəndaş müharibəsinə dönüşəcək hadisələrin başlanması haqda narahatlıqdır. Rusiya öz ekspertləri vasitəsilə bunu gündəmə çıxardıb. Hələ Türkiyə ölçüsü də varmış… Uyğun olaraq, Rusiyanın Yaxın Şərqdə öz iştirakını daha gücləndirməsi faktı təkcə Suriya və İran rejimlərinin gələcəyi baxımından vacib deyil. Rusiya iştirakı bölgədə tarazlıq siyasəti aparan bütün ölkələrin baxımından önəmlidir. O cümlədən Türkiyənin də. Türkiyə və Qərbin münasibətlərində müəyyən tararzlıq meydana çıxana qədər Rusiya balansı etinaszılıq göstərilməsi mümkün olmayan özəl yer tutub. Ən nəhayətdə Türkiyə hələ unutmayıb ki, xarici siyasətdə sovet balansının itirilməsi ona nəyə başa gəlib! Amerika İncirliyinə qarşı durmağa başlayan Rusiya İncirliyi, ən azı, Qərbə siqnal verir: “Sən Yaxın Şərqdə tək deyilsən”.
Bu isə, bir tərəfdən, Suriyada vətəndaş müharibəsinin daha da uzadılmasını nəzərdə tuta bilər, digər yandan, Rusiyanın yeni vətəndaş müharibələrinə yol verməyəcəyi kimi dəyərləndirmək olar. Çünki Türkiyə və İranı itirən Rusiya bu oyunu uduzacaq!”
2015-ci il 16 sentyabr analizində səsləndirdiyim iki tezis bu gün tamamilə göz qabağındadır. Son iki təklifdə dediyim kimi, Rusiya indiki mərhələdə açıqca bildirir ki,birincisi, Suriyada heç bir yeni vətəndaş müharibəsinə yol verməyəcək, ikincisi,Türkiyənin sahib olduğu önəm üzündən onu itirmək istəmir.
Rusiya bilir ki, Türkiyəni itirən böyük oyunu uduzur. Və, ən azı, bizim üçün gözlənilməz heç nə yoxdur! Çünki 2015-ci il sentyabrın 16-dan Rusiya-Türkiyə münasibətlərində – 2015-ci il noyabrın 24-ü istisna olmaqla – heç nə dəyişilməyib, bu istisna isə tarixdə öz yerini hər iki tərəf üçün mühüm dərslər ehtiva edən sınaq kimi tutub…
Türkiyə və Rusiyanın bundan sonra strateji səbir əsasında oyunu pozmaq cəhdləri böyük önləmə səviyyəsinə qalxmağa başlayıb. Suriyada əməli təcəssüm tapan hadisələr, hər şeyə əsasən, özünü İraq, Fars körfəzi, Əfqanıstan, Orta və Cənub Asiyada bəlirləyəcək. Deməli, Qərbin işləri asan olmayacaq!
Axı indi onun Türkiyəsi yoxdur!
Tərcümə Strateq.az-ındır.
Bu xəbər üçün şərh yazın