Ruslar elan etdi: “Bayraqdar”, 280 hərbçi...
Rusiya hava hücumundan müdafiə vasitələri ötən gecə Ukrayna ordusuna məxsus biri “Bayraqdar” olmaqla, 9 ədəd PUA-nı məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.
“Operativ-taktiki və ordu aviasiyası gecə ərzində ikisi idarəetmə məntəqəsi olmaqla 93 obyekt, Ukrayna ordusunun canlı qüvvəsi, hərbi texnikası və sursat anbarının olduğu 69 rayonu vurub”, - general bildirib.
Konaşenkovun sözlərinə görə, Rusiya raket qüvvələri Ukrayna qoşunlarının komanda məntəqələrini və silah-sursat anbarlarını da məhv edib.
“Raket qoşunları və artilleriya bölmələri canlı qüvvənin və hərbi texnikanın cəmləşdiyi 407 ərazini vurub, 13 komanda məntəqəsini, “Osa-AKM” zenit-raket komplekslərinin dörd mövqeyini və 14 silah-sursat anbarını dağıdıb”.
Onun sözlərinə görə, zərbələr nəticəsində Ukrayna ordusunun 280 hərbçisi öldürülüb, 59 texnikası sıradan çıxarılıb.
Bu xəbər üçün şərh yazın