Rus bioloq tapdı:

Rus bioloq tapdı: Korona belə yaranıb – Video

Dünyaca məşhur bioloq İrina Yermakova koronavirusla bağlı sensasion fikirlər səsləndirib.

Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki,tanınmış rus jurnalist Andrey Karaulova açıqlamasında koronavirusun yaranmasında ABŞ alimlərinin səhvinin rol oynadığını deyib.

“ABŞ alimləri Meksika körfəzində dənizə tökülmüş nefti su üzərindən təmizləmək üçün bir maddə hazırlayıblar ki, sintiya bakteriyaları bu neft ləkələrini yeyib təmizləsinlər. Süni surətdə düzəldilmiş bu bakteriyalar həmin işin öhdəsindən uğurla gəlib, ancaq balıqları da zəhərləndirib. Bundan sonra balıqlar bir çox yerlərdə özlərini sahilə atırmışlar. Çinlilər də belə balıqları dondurub, Uhan bazarında satıblar. Bu balıqlarda isə koronaviruslarla sintiya bakteriyaları birləşib, modifikasiyaya uğrayıblar. Ölüm təhlükəsi də məhz bakteriyalardan gəlir. Yəni əslində koronovirus ayrılıqda götürüldükdə o qədər də təhlükəli deyil”, - İ.Yermakova qeyd edib.

O bildirib ki, öz tövsiyələrini Çin həkimlərinə yazandan sonra bu ölkədə xəstəlik sürətlə azalıb:

“Profilaktika üçün yarım çay qaşığı sodanı bir stəkan ilıq suda həll edib, acqarına içmək lazımdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi