Rza Zarrabın Günel Zeynalovaya göndərdiyi mesaj ortaya çıxdı
"Beyaz TV"də yayımlanan "Beyaz maqazin" proqramında Cənubi azərbaycanlı iş adamı Rza Zarrab və müğənni Günel Zeynalova münasibətindən bəhs edilib.
Aparıcılar Rzanın illər əvvəl Günelə müğənni Ebru Gündeşlə xəyanət etdikdən sonra onu təhdid etdiyini deyiblər.
"Mən Ebruyu sevirəm, sussun. Yoxsa biabır olar" deyə, iş adamı Günelə xəbər yollayıb.
Rza bir müddət əvvəl Günelin "Adı yok" mahnısını yayımlayıb. Bəstənin müəllifi Rza özüdür. İddia olunub ki,iş adamı Günellə yenidən barışmaq istəyir.
Proqramın aparıcılarından olan Bilal Özcan "Ad günündən bir gün əvvəl edilən paylaşımdır. Rza ona aşiqdir. Günel Rzaya ərə gedəcəyini düşünürdü. Gəlinlik seçdiyi anda ona bir zəng gəlir. Dostu deyir ki, səninki Ebru Gündeşlə evlənir. Həmin günün səhəri jurnalistlər Günelə sual verir. O isə cavab verir ki, yalandır, Rza mənə çiçəklər göndərir. Qız saf, inanır ona. İndi Günel həyatını yenidən qurdu, özünü möhtəşəm formada yenilədi. İndi çox gözəl bir qadındır" deyə, söyləyib.
Qeyd edək ki, Rza və Günel nişanlı olub. İş adamı daha sonra müğənni Ebru Gündeşlə ailə qurub. Onun bu nikahdan bir qız övladı var. Ebru və Rzanın ayrılığına səbəb isə iş adamının ona Hadisə ilə xəyanət etməsi olub./Axşam.az
Bu xəbər üçün şərh yazın