“S-400-ü sınaqdan keçirmək üçün ABŞ-dan icazə alacaq deyildik” –Ərdoğan
“Bəli biz S-400-lərlə bağlı testləri apardıq. Hər halda buna görə, ABŞ-a müraciət edəcək deyildik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən belə bildirib.
R.T.Ərdoğan deyib ki, Türkiyə sadəcə S-400 deyil, ağır, orta, yüngül, eləcə də ABŞ-dan alınan silahları da sınaqdan keçirir: “Bundan sonra da eyni şəkildə bunu edəcəyik. Qonşuluqda Yunanıstan S-300-lə nəinki test aparır, bu silahlardan istifadə edir. Bunu Amerika onlardan soruşurmu? Yox. Ona görə ki, bu xüsusilə Rusiyaya aid silah olması onları yəqin ki narahat edir. Amma biz qərarlıyıq və yolumuza bu şəkildə davam edəcəyik”.
Türkiyə Prezidenti eyni zamanda Liviyada atəşkəsin daimi olacağına inanmadığına da mövqeyini bildirib: “Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu, gecə saat 00.00 etibarı ilə atəşkəs başlanacaq deyildi, amma buna əməl edilmədi, Ermənistan pozdu. Ümid edirəm ki, Liviyada belə olmaz”./apa.az
Bu xəbər üçün şərh yazın