S-400-ün “Patriot”la müqayisəsi: Hansı güclüdür - Video
Rusiyadan Türkiyəyə S-400 zenit raket komplekslərinin ilk hissələri çatdırılıb.
Türkiyənin Müdafiə Nazirliyinin sözügedən informasiyanı yaymasından sonra bir çox mətbuat orqanında qardaş ölkənin aldığı S-400-lərlə ABŞ-ın “Patriot” komplekslərinin müqayisəsi aparılıb.
Faktinfo.az Axar.az-a istinadən dünyanın ən müasir və güclü silahları sayılan komplekslərin müqayisəsini təqdim edir:
“Patriot" sistemi radar, atəş nəzarət mərkəzi, enerji mənbələri, rabitə cihazları, texnoloji avadanlıqlar, radio-texniki və texniki kamuflyaj vasitələri, buraxılış qurğuları və idarə oluna bilən raketlərdən ibarətdir.
S-400 sistemi hər biri 12 buraxılış qurğusuna sahib 8 raket kompleksi, sistem nəzarət mərkəzi, radar mərkəzi, antenlər üçün səyyar qüllə, idarə olunan raketlər, texniki dəstək sistemi, raketlər üçün texniki qulluq vasitələrindən ibarətdir.
Sistemlərin aerodinamik hədəfləri vurma mənzili:
“Patriot” - 160 kilometr;
S-400 - 250 kilometr;
Sistemlərin ballistik raketləri vurma mənzili:
“Patriot” – 45 kilometr;
S-400 - 60 kilometr;
Hədəfləri vurma yüksəkliyi:
“Patriot”larda maksimum - 24 kilometr;
S-400-lərdə maksimum - 27 kilometr;
Radarların əhatə dairəsi və qurulma müddəti:
“Patriot” - 150 kilometr, 30 dəqiqə;
S-400 - 600 kilometr, 5 dəqiqə;
Sistemin reaksiya müddəti və raketin buraxılış bucağı:
“Patriot” - 15 saniyə, 38 dərəcə;
S-400 - 10 saniyə, 90 dərəcə.
Bu xəbər üçün şərh yazın