"S-400"lərin yaradıcısı, azərbaycanlı İqor Aşurbəyli 2015-ci ildən İsraildə işləyir
Son günlər siyasət aləminin ən aktual məsələsi olan "S-400” müdafiə sistemlərinin yaradıcısı həmyerlimiz İqor Aşurbəylidir.
Türkiyənin "Yeni Akit” qəzetində bununla bağlı məqalə yayımlanıb.
Məqalədə Rusiyanın ən gizli şirkəti olan "Almaz-Antey”in İdarə Heyətinin rəhbəri, Rusiya hərbi sənayesinin istehsal etdiyi "S-300 Favorit” və "S-400 Triumf” raket müdafiə sistemlərinin yaradıcısı və istehsalçısının Azərbaycan əsilli İqor Aşurbəyli olduğu qeyd edilib.
Rusiya Araşdırmalar İnstitutu da sosial media hesabında bu faktı doğrulayan paylaşım edib və "İqor Aşurbəyli Rusiyada yaşayan Azərbaycan əsilli elm adamıdır. "S-300” və "S-400”ün yaradıcısıdır” yazıb.
Bildirək ki, İ.Aşurbəyli 1963-cü ildə Bakıda anadan olub. İqor mühəndisdir və Azərbaycan tarixində xüsusi xidmətləri olan Aşurbəylilər nəslinə mənsubdur. O, Rusiyada qurduğu enerji şirkətinə illərlə rəhbərlik edib və nanotexnologiya sahəsində xidmətlərinə görə UNESCO tərəfindən 2016-cı ildə mükafatlandırılıb. 2015-ci ildən İqor Aşurbəyli İsraildə işləyir. Asqardiya adlı kosmik dövlət yaratmaq planlarını 2016-cı ildə elan edib./Bakupost.az
Bu xəbər üçün şərh yazın