Saakaşvili Zelenskinin təklifini qəbul etdi
Odessa vilayətinin keçmiş rəhbəri və Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin Baş nazirin islahatlar üzrə müavini vəzifəsi barədə təklifini qəbul edib.
Bu barədə TASS xəbər yayıb.
“Prezident Zelenskinin təklifini qəbul etdim”, - deyə, o, “Xalqın xidmətçisi” fraksiyasının üzvləri ilə görüşündə bildirib.
Saakaşvili, həmçinin Ukrayna iqtisadiyyatında fəlakətli vəziyyətlə əlaqədar Zelenskinin ona Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparmaq barədə göstəriş verdiyini deyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın