Saakaşvilinin arvadı Gürcüstanda şəhər meri ola bilər
Gürcüstanın “Güc birlikdədir” siyasi birliyi keçmiş prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun Zuqdidi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.
Bu barədə qərar bu gün birləşmiş müxalifətin toplantısında qəbul olunub.
S.Rulofs 2016-cı ildə Zuqdidi şəhərindən majoritar deputat qismində parlament seçkilərində iştirak edib. O, seçkilərin ikinci turunda iştirakdan imtina etmişdi.
Qeyd edək ki, Zuqdidi bələdiyyəsinin meri vəzifəsi ötən ilin sentyabrında Laşa Gogianın istefasında sonra boş qalıb. Zuqdididə növbədənkənar mer seçkiləri bu ilin mayında keçiriləcək.//Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın