Sabah TANAP-ın ikinci hissəsi istismara veriləcək
Noyabrın 30-da Azərbaycan qazının Avropa bazarına nəql edəcək Cənubi Qaz Dəhlizinin (CQD) yaradılması çərçivəsində CQD-nin mərkəzi elementi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci hissəsi (Faza-1) istismara veriləcək.
Təntənəli mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria, Bolqarıstanın Baş Naziri Boyko Borisov, Serbiyanın Milli Assambleyasının (parlament) sədri Maya Qoykoviç, Şimali Makedoniyanın Baş Nazirinin müavini Koço Anquşev və Yunanıstanın Ətraf Mühit və Enerji naziri Kostis Hadzidakis iştirak edəcəklər. Bundan başqa tədbirə Azərbaycan Prezidenti İlham Əliyevin də qatılacağı gözlənilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın