Sabiq deputat AMEA-nın Radiasiya Problemləri İnstitutuna direktor təyin edildi
Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədov AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.
AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.
O, bu təyinata qədər AMEA-nın İşlər idarəsinin müdiri olub.
Xatırladaq ki, E.Məmmədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın