Sabiq deputat "Yeni Müsavat”ı məhkəməyə verdi - Fantastik məbləğdə təzminat istəyir

Sabiq deputat "Yeni Müsavat”ı məhkəməyə verdi - Fantastik məbləğdə təzminat istəyir 

Milli Məclisin IV və V çağırış deputatı Hacı Salayev "Yeni Müsavat" qəzetini və Minval az saytını məhkəməyə verib.

Bakupost.az xəbər verir ki, bu barədə Müsavat media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu məlumat verib.
Onun sözlərinə görə, məqsəd bu media resurslarını çökdürməkdir:
"Pulun ölçü vahidini milyonla ölçən "Qabırğa Hacı" bizdən üst-üstə 1 milyon manat pul istəyir. İşin qəribə tərəfi də budur ki, eyni anda rusdilli saytımız Minval.az saytı da rusiyalı milyarder, adı şübhəli işlərdə hallanan Fərhad Əhmədov tərəfindən məhkəməyə verilib.

Hacı Salayev bir zamanlar Azərbaycana qarşı Moskvada qurulan "Milyarderlər İttifaqı"nın gizli tərəfdarlarından, onların "ayaq takımı"ndan olub. Qudası AST Telman və dostu, ortağı Abbas Abbasov vasitəsi ilə ölkəmiz və dövlətimiz əleyhinə fəaliyyətlərdə bulunub. Onun bir Rusiya heyranı olduğunu hər kəs bilir. İndi Moskva üstümüzə bu iki "tox iti"ni göndərir. Onlara təlim keçməksə bizə düşər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi