Sabiq prezident ölüm hökmünə məhkum olundu
Dövlətə xəyanətdə ittiham olunan Pakistanın sabiq prezidenti və hərbi lideri Pərviz Müşərrəf ölüm hökmünə məhkum olunub.
Bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Sabiq prezident barədə ittiham onun 2007-ci ildə konstitusiyanın bəzi maddələrini dayandırması və fövqəladə vəziyyət elan etməsi ilə əlaqədardır. Qeyd edək ki, Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın