Sabiq rektor haqqında yayılan fikirlərə münasibət bildirdi-

Sabiq rektor haqqında yayılan fikirlərə münasibət bildirdi- "Mənim ADAU-da iş otağım saxlanılır..."

Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından saytlara göndərilən və müraciətdə adı keçən professor,AMEA-nın müxbir üzvü İbrahim Cəfərov məsələyə münasibət bildirib.

ADAU-nun sabiq rektoru Faktinfo.az saytına açıqlamasında bildirib ki,Azərbaycan Dövlət Aqrar Universitetinə rektor əvəzi təyin olunan Zəfər Qurbanovun onu Universitetə buraxmamasına dair yayılan məlumatların heç bir əsası yoxdur. 


İbrahim Cəfərov:"ADAU-da iş otağım saxlanılır,şəxsən xahişimi nəzərə alaraq mənə dərs saatı verilməyib.Qarşıdan gələn semestr imtahanlarından sonra Azərbaycan Dövlət Aqrar Universitetində dərslərimi tədris edəcəm.Buna hazırkı rektor əvəzi Zəfər Qurbanov tərəfindən hər hansı məhdudiyyət qoyulmayıb. Bizim səmimi münasibətlərimiz var,hər ikimiz eyni sistemdə çalışırıq.Necə mən ondan narazı ola bilərəm.

Biraz əvvəl Bitki Mühafizə vəTexniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna  (BMTBETİ) direktor təyin olunmuşam.Bununla əlaqədar universitetdə dərs deməyimin bir neçə aylığa ertələnməsini, dediyim, kimi özüm istəmişəm.Təkrar edirəm Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından saytlara göndərilən  müraciətdə adımın yer almasının heç bir əsası yoxdur."

 

 Qeyd edək ki,10.11.2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabına "Zəfər Qurbanov ADAU-nu məhvə aparır" başlığı altında, Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından müraciət ünvanlanıb.Müraciət müəllifi kimi Həsənov Naməddin Tofiq oğlunun adının qeyd olunduğu məktub onlarla sayta göndərilib.ADAU-ya rektor əvəzi təyin olunan Zəfər Qurbanovun əvvəlki rektor İbrahim Cəfərovu universitetə buraxmamaq haqqında göstəriş verməsi,ona müəllim kimi  universtetdə dərs deməyə şərait yaratmaması  müraciətdə qeyd olunub.

 Onu da qeyd edək ki, Faktinfo.az saytına göndərdiyi məlumatda Həsənov Naməddin Tofiq oğlu bildirir ki,Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından saytlara göndərilən müraciətin onunla heç bir əlaqəsi yoxdur.

Faktinfo.az

 









Birinci məlumatlanmaq üçün facebook səhifəmizi