Sağalanlarda koronavirus təkrar baş qaldırıb - "Çində epidemiloj durum ağırdır"
Çində həkimlər müalicə olunmuş və xəstəxanadan buraxılmış pasiyentlərdə koronavirusun təkrar meydana çıxması halları qeydə alınıb.
Bu barədə jurnalistlərə Uhanda koronavirusla müalicə üzrə tibb qrupunun başçısı professor Çjao Tsiyanpin xəbər verib. Onun sözlərinə görə, müalicədən sonra xəstəxanadan buraxılmış pasiyentlərdə koronavirusa görə test mənfi nəticə versə də, sonradan müsbət nəticə göstərib.
«Pekin xəbərləri» nəşri yazıb ki, professor belə vəziyyəti testlərin qeyri-mükəmməlliyi, laborantlarin mümkün səhvləri və konkret pasiyentlərin orqanizminin xüsusiyyətləri ilə izah edib. Bu zaman professor dəqiq izah edə bilməyib ki, söhbət xəstəliyin residivliyindən və ya təkrar yoluxmadan gedir?
Həkimin fikrincə «ola bilər ki, virus orqanizmdən tam kənarlaşdırılmayıb və ya yetərli miqdarda anticim «istehsal» olunmayıb».
Bununla əlaqədar olaraq, professor Çjao Tsiyanpin qeyd edib ki, xəstəxanadan buraxılan bütün pasiyentləri əlavə olaraq, daha 14 gün karantinə yerləşdirmək vacibdir.
Professor Çindəki epidemiloji durumu ümumilikdə, «əvvəlki kimi ağır» adlandırıb.
Bu xəbər üçün şərh yazın