Şahnazarova təşəkkür: Heç kəs gözləmirdi ki, Bakı... - Şevçenko

Şahnazarova təşəkkür: Heç kəs gözləmirdi ki, Bakı... - Şevçenko 

Hər kəs 2016-cı ildə olduğu kimi, Azərbaycanın bir neçə kəndi geri alacağını və yenə danışıqların başlanacağını düşünürdü. Bu gün bütün hesablamalar və düşüncələr real hərbi vəziyyət tərəfindən məhv edilib.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Maksim Şevçenko deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin əks-hücum əməliyyatından öncə heç kim onun bu qədər irəli gedəcəyinə inanmırdı.

Şevçenko, həmçinin erməni rejissor Karen Şahnazarova qarşı düşüncələrinin dəyişdiyini də dilə gətirib:

“Mən mərd və cəsur Karen Şahnazarova təşəkkürümü bildirmək istəyirəm. O, Ermənistanla Azərbaycan arasındakı danışıqların alternativinin olmadığını və Qarabağın heç vaxt Ermənistanın bir parçası olmadığını bildirdikdən sonra mənim ona qarşı olan bütün düşüncələrim dəyişdi. Erməni cəmiyyətində Şahnazarov kimi həqiqəti dərk edən insanlar az deyil. Bu gün həmin insanlar hədələnirlər. Burada Azərbaycanla müharibənin başa çatması üçün anlaşma imzalamağa hazırlaşan Dəmirçiyanın parlament binasında güllələnərək öldürülməsini xatırlamaq yerinə düşər”.

M.Şevçenko müharibənin əsas səbəbkarlarının və onu 30 il alovlandıran cinayətkarların adlarının tezliklə dünya ictimaiyyətinə açıqlanacağını da qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi