Şakiranın başı bəlada: Külli miqdarda vergidən yayınıb

Şakiranın başı bəlada: Külli miqdarda vergidən yayınıb 

İspaniyanın vergi xidməti orqanları məşhur Kolumbiya müğənnisi Şakiranın vergidən yayındığını güman edərək prokurorluğa müraciət ediblər.

Söhbət bir neçə milyon avrodan gedir.

Müğənni 2010-2017-ci illər ərzində ispan futbolçu Jerar Pike ilə münasibətdə olub. Cütlük öz münasibətlərini 2011-ci ildə rəsmiləşdirib, lakin Şakira İspaniyanın vergi orqanlarında qeydiyyata 2015-ci ildə düşüb. Belə olan halda, vergi əməkdaşları müğənnini vaxtın böyük hissəsini bu ölkənin ərazisində yaşamasına baxmayaraq, 4 il ərzində vergi ödəməkdən boyun qaçırmaqda şübhəli bilirlər. Şakiranın nümayəndələrinin iddiasına görə, müğənni İspaniyada vergi rezidenti hesab olunması üçün qanunla müəyyən edilmiş 183 gündən az yaşayıb.Report.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi