Saleh Rüstəmli ilə bağlı məhkəməyə müraciət edildi - "Azad edilməsi üçün heç bir maneə yoxdur..."
Bir aydır həbsdən azad olunması tələbi ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyası keçirən Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov Bakı şəhəri Nizami ayon Məhkəməsinə müraciət edib.
"Hüquqi mexanizm olaraq biz əlimizdən gələni edirik ki, onu həyata və azadlığına qovuşduraq. Onun ciddi xəstəlikləri var. Eyni zamanda böyrək çatışmazlığından da əziyyət çəkir. Məhz bu halları nəzərə alaraq məhkəmənin onu çəkilməmiş cəzadan azad etməsi üçün heç bir maneə yoxdur. Ümid edirəm bu hüquqi prosedur müsbət qarşılanacaq və o, azadlığına və səhhətinə qovuşacaq" - deyə, bu barədə verilən açıqlamada bildirilir./AzPolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın