Salyanda inkişaf tempi qorunub saxlanılır
Neçə illərdir ki, Salyan rayonu digər rayonlar kimi respublikamızın dövlətçilik tarixində xüsusi rol oynayır və belə bir halın varlığı, hər kəsə bəlli olan həqiqətlərdir.
Buna müxtəlif amillərin varlığı səbəb olur ki, həmin amillər içərisində ən əsası, adı çəkilən rayonun dövlətçiliyimizin qorunub saxlanması yönündə oynadığı rol, tarixdə buraxdığı silinməz izlərin varlığıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 mart 2016-cı il tarixli Sərəncamı ilə, Hətəmov Sevindik Hacıağa oğlu Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunandan sonra, bu rayonda yeni bir mərhələnin, daha dəqiq desək əsaslı inkişafın başlanğıcı qoyulur. Onu da bildirək ki, ötən illər ərzində Sevindik Hətəmov vətənpərvərlik ideyalarına sadiq olan, eyni zamanda ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əməli addımlarını atan vəzifə sahibi olaraq xüsusi ad-san çıxarıb. Salyan rayonunun hər bir problemini diqqətdə saxlayan, xüsusilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə əməli addımlar atan Sevindik Hətəmov, bu gün də ona göstərilən etimad və etibarı lazımi səviyyədə doğrultmağa çalışır. Belə bir səbəblər üzündən də, KİV nümayəndəsi olaraq hər zaman adı çəkilən vəzifə sahibinin həyata keçirdiyi idarəçiliklə, əldə olunan naliyyətlərlə, daha çox isə, bu şəxsə qarşı ictimai fikirin hansı aspektdən formalaşmasını ayırd etməyə qərar verdik.Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Sevindik Hətəmov hər zaman xalq-dövlət anlayışını uca tutan və bu yöndə əməli addımlarını atan vəzifə sahiblərindəndir. Fakt budur ki, bu şəxs Salyan rayonuna icra başçısı təyin olunduqdan sonra, rayonda ötən illər ərzində xeyli sayda lahiyələrə imza atılmış, çoxsaylı abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Biz bunları rayonun mərkəzi hissələrində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində öz gözlərimizlə gördüyümüzdən, atılan hər bir addımın nəticəsi olaraq, bu şəxsə qarşı yanaşmamızı ortaya qoymağı bacara bildik. Bəli, yeniləşən Salyanın bu günü, məhz hər kəsin gələcəyə ümid hissi ilə baxmasına səbəb olur.
Onu da bildirək ki, Hətəmov Sevindik Hacıağa oğlu 07 aprel 1963-cü ildə Laçın rayonunun Güləbird kəndində anadan olub və 1980-cı ildə adı çəkilən bu kənddəki məktəbdə orta təhsilini başa vurur. O, 1980-1981-ci illər ərzində Güləbird kənd orta məktəbində çilingər-montyor vəzifəsində çalışır. 1981-1986-cı illər ərzində isə, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetin) Mühəndis-mexanik fakültəsində ali təhsil almağa müyəssər olur.Ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999-2005-ci illər ərzində isə, "Güzdək-Günay" firmasında direktor vəzifəsini daşıyır. Bütün bunlardan əlavə, Sevindik Hətəmov 2005-2010-cu illərdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olur və bir müddət YAP Laçın rayon təşkilatına sədrlik də edir.O, 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır.
Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Sevindik Hətəmov heç də sıradan bir şəxs deyil. Bu şəxsin gənc yaşlarından məsul vəzifələri daşıması, məhz onun formalaşmasına, idarəetməni çevik qaydalarla həyata keçirməsinə səbəb olan amillər olur.Elə bu səbəbdən son illər ərzində Salyan rayonunda inkişaf tempi qorunub saxlanılır.Çünki, rayonun bütün sahələrində infrastruktur yeniləşmələri həyata keçirildiyindən, bir çox lahiyə proqramları öz həllini tapdığından, bu gün əksəriyyət Salyanın parlaq gələcəyindən söz-söhbət salır. Adicə bir faktı qeyd edək ki, Sevindik Hətəmov icra başçısı vəzifəsinin icraasına başladıqdan bir müddət sonra, neçə-neçə dövlət əhəmiyyətli obyektlərin açılışı olur, parklar yenidən qurulur, yollar təmir olunur. Hal-hazırda bu rayonda bir çox layihələrin reallaşdırılmasına, böyük işlərin görülməsinə, yeni-yeni abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə start verilib. Çevik və müdrik idarəçilik qabiliyyəti olan Sevindik Hətəmovun rəhbərliyi altında belə bir işlərin vaxtlı-vaxtlarda öz bəhrəsini verəcəyi, məhz bir kimsə də şübhə doğurmur. Ötən illər ərzində rayonun bütün bina və küçələrində işıqlandırma sistemi yenidən qurulub, çoxlu sayda ağac və gül kolları əkilib. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar təşkil edir. Sözsüz, Salyanın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısının danılmaz xidmətləri var. O, rayonda aparılan abadlıq-quruculuq işlərini hər zaman diqqət mərkəzində saxlayır. Belə bir səbəbdən də, bu rayon günü-gündən gözəlləşir və hər tərəfdə yaradılmış səliqə-səhman göz oxşayır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və tarixi mədəniyyət abidələri, Salyanın inkişafı üçün yeni-yeni potensial imkanlar yaradır. Bir sözlə, hal-hazırda Salyan rayonu inamla gələcəyə doğru addımlamaqdadır. Sevindik Hətəmov daşıdığı vəzifəsinə təyin olunduqdan sonra rayonda abadlıq-quruculuq işləri geniş vüsət aldı və ilk növbədə bəzi kənd yollarının yenidən qurulmasına başlanıldı. Məsələn, rayonun Babazanlı yaşayış massivində, Xələc kəndində və digər kəndlərin yollarına asfalt örtüyü çəklişi həyata keçirildi. Bundan əlavə, Kür çayının üzərindən keçən körpü əsaslı təmir olundu,14 yaşayış məntəqəsinə yeni su xətti çəkildi.
Əldə etdiyimiz dəqiq məlumatlara görə, bu gün rayonda müəllimlərin iş, şagirdlərin isə tədris şəraitinin yaxşılaşdırılması rayon rəhbərliyinin daim diqqət mərkəzində olur. Yəni, yeni məktəb binalarının inşa olunması, təhsilin maddi-texniki bazasının gücləndirilməsi,Sevindik Hətəmovun qarşıya qoyduğu əsas prioritet məsələlərdən biridir. Onu da bildirək ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişaf etdirilməsi istiqamətində atdıqları addımlar, məhz bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olur. Adicə bir faktı qeyd edək ki, Salyanda bəzi təhsil müəssisələrinin inşası Mehriban xanım Əliyevanın Prezidenti olduğu Heydər Əliyef Fondunun maliyyə dəstəyi hesabına inşa olunub. Belə təhsil müəssisələrindən biri də, rayonun Ərəbqardaşbəyli kənd tam orta məktəbidir. Çatdırılan məlumatlara görə, bu məktəb 1964-cü ildə inşa olunmuşdur. Məktəbin binası qəzalı vəziyyətdə olduğu üçün, bu ilin iyun ayında 180 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılır.
Bundan əlavə, azyaşlı uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması, eyni zamanda gələcəkdə intellektual qüvvə kimi formalaşmaları üçün, bu gün dövlətimiz tərəfindən lazımi tədbirlər proqramı həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən layihələrin sırasında yeni uşaq bağçalarının inşası, bəzilərinin isə ən müasir səviyyədə yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Belə bir işlərin görülməsində Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun da əvəzsiz xidmətləri olur. Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond indiyədək bu sahədə çoxlu sayda layihə proqramları həyata keçirib ki, onlardan biri də, Salyan rayonunun Qarabağlı kəndində 2018-ci ildə tikintisinə başlanılmış 100 yerlik uşaq bağçasıdır. Ümumi sahəsi 1388.8 kvadratmetr olan iki mərtəbəli məktəbəqədər müəssisə müasir mebel dəstləri ilə təchiz edilmiş, qrup otaqları balacaların zövqünə uyğun təşkil edilmiş, ərazisində yaşıllıq zolağı salınmışdır. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları olmaları üçün, hər cür şərait yaradılmışdır.
Hər kəsə bəllidir ki, bu ilin mart ayında ölkə rəhbərinin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşü baş tutdu və bu görüş mədəniyyət sahəsinin inkişafında, sanki növbəti dönüş mərhələsınin əsasını qoydu. Keçirilən görüşdən sonra paytaxtdakı bir sıra mədəniyyət ocaqlarının yenilənməsi ilə bağlı sərəncamlar verildi. Prosesin davamı olaraq, bu gün bölgələrdəki mədəniyyət obyektləri də müasir tələblərə uyğun qurulur ki, onlardan bir də, Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət məktəbidir. Çatdırılan məlumatlara görə, artıq binanın təmir-tikinti işləri tam yekunlaşıb. Sinif otaqlarının qapı və pəncərələri, həmçinin elektrik naqilləri qaydaya salınıb və dərslərin yüksək səviyyədə tədrisi üçün, hər cür şərait yaradılıb. Görülən tikinti quraşdırma işlərinin nəticəsi olaraq sinif otaqlarının sayı da artırılmışdır. Bundan əlavə, binanın özülünü və divarlarını qrunt sularından qorumaq üçün əlavə tədbirlər görülmüşdür ki, bu da binanın təhlükəsizliyini təmin etməklə yanaşı, birinci mərtəbənin divarlarını nəmdən qoruyacaq. Xatırladaq ki, Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət Məktəbində 10 ixtisas üzrə dərslər tədris olunur və 406 şagird təhsil alır.
Onu da bildirək ki, bu rayonda hər kəsin diqqətini cəlb edə biləcək əhəmiyyətli tədbirlərin keçirilməsi, məhz Salyanın adının daha da məşhurlaşmasına səbəb olur. Belə ki, 18 oktyabr 2019-cu il tarixdə saat 11:00-da Salyan rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Salyan rayon İcra hakimiyyəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilir. Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunur və abidənin önünə gül-çiçək dəstələri düzülür.Tədbirdə Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general–mayor Mayıl Şahverdiyev, Azərbaycan Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, şəhid ailələrinin nümayəndələri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edirlər. Bu tədbirlə bağlı Salyan rayonunun məktəbliləri arasında “Vətənin müdafiəsinə hazıram” devizi altında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunur və tədbir konsert proqramı ilə başa çatdırılır.
Başqa bir tədbir isə, 06 noyabr 2019-cu il tarixdə şəhərin mərkəzi ərazisində Salyan rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının, Salyan rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə, “9 Noyabr Dövlət Bayrağı Gününə” həsr edilmiş Veloyürüş keçirilir. Dövlət Bayrağı gününü qeyd etmək, sağlam həyat tərzinin təbliğ olunması və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə keçirilən veloyürüşə, Heydər Parkının qarşısından start verilir. Yürüş iştirakçıları şəhərin mərkəzi ilə hərəkət edib Salyan dairəsini dövrə vururlar və finiş xəttinə çatırlar. Yürüş iştirakçıları təcili tibbi yardım və yol patrulu xidmətinin əməkdaşları tərəfindən müşayiət olunurlar.Bu ilin 21 oktyabrında saat 11:00-da Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün doğum günü ilə əlaqədar, Salyan şəhərində yerləşən “Ata-oğul” xatirə kompleksinin qarşısında növbəti tədbir keçirilir.Tədbirdə Salyan rayonu İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak edirlər. Onlar istiqlal şairi Xəlil Rza Ulutürkün və onun oğlu – Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Milli Qəhrəman Təbriz Xəlilbəylinin abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini bir daha yad edirlər.
Belə bir tədbirlərin keçirilməsindən əlavə, RİH başçısının sakinlərlə mütəmadi görüşlər keçirilməsi də, məhz Sevindik Hətəmovun idarəçilik qabiliyyətinin mahiyyətini aşkara çıxarır. Belə ki, yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemləri öyrənmək və həlli istiqamətində müvafiq tədbirlər görmək məqsədilə, icra başçı rayonun kənd və qəsəbələrində müntəzəm səyyar görüş və qəbullar keçirir. Mütəmadi olaraq keçirilən belə görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülür, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılır və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər həyata keçirilir. Əldə etdiyimiz məlumatlara görə, son bir ay ərzində Sevindik Hətəmov tərəfindən hər həftənin 3-cü günü İH-də keçirilən qəbullardan başqa, daha dörd səyyar qəbul-görüş də keçirilmişdir. Vurğulamaq lazımdır ki, belə bir görüşlərin hər biri, insanların sosial-məişət problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, əhalisinin sayı təqribən 137,7 min nəfər olan bu rayonda hər il neçə-neçə lahiyələrə imza atılır, yeni-yeni iş yerlər yaradılır, daha çox sakinlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması yöndə əməli işlər görülür.Diqqət yetirək ki, bu rayonun inkişafı, infrastrukturunun tamamilə yenidən qurulması, yolların çəkilməsi və s. ilə bağlı, bugünə kimi çox böyük işlər görülüb. Düzdür, hazırda hər bölgədə inkişaf, tərəqqi var. Amma, Salyanın inkişafı, yeniləşməsi tamamilə fərqlidir. Buna da əsas səbəb, Sevindik Hətəmovun xaraktercə yaradıcı və qurucu rəhbər şəxs olmasıdır. Qəlbində xalqına, dövlətinə qarşı sevgi hissi gəzdirən, hər sakinin probleminə diqqətlə yanaşan bu şəxsin əsas amalı, məhz xalqına bağlı olmaqdır. O da hər kəsə gün təki aydındır ki, bu şəxssakinlərin problemlərini, təklif və istəklərini dinləmək üçün, mütəmadi olaraq səyyar görüş-qəbullar keçirir. Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri də iştirak edirlər. Sakinlər rayonda həyata keçirilən abadlıq və quruculuq işlərinə görə, ölkə rəhbərinə minnətdarlıqlarını bildirməklə bərabər, onları narahat edən bir çox nöqsan və çatışmazlıqların aradan qaldırılmasını icra başçısından xahiş də edirlər.
Daha bir halın varlığını qeyd edək ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı etdiyi çıxışlarında vurğulayır ki, ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsində dövlətin dəstəyi olduqca böyükdür. Belə ki, aqrar sahənin inkişafında toxumçuluğun və tingçiliyin mühüm rol oynadığını qeyd edən RİH-nin başçısı, rayonda üzümçülük və pambıqçılıq üzrə ixtisaslaşmış təsərrüfatların çoxluq təşkil etdiyini hər zaman dilə gətirir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə, məhz ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulduğunu qeyd edən Sevindik Hətəmova görə hədəflərə çatmaq üçün rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalını və emalını artırmaq lazımdır.
Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Sevindik Hətəmovun icra başçısı olduğu ötən üç il ərzində Salyan rayonun bütün sahələrində yenidənqurma və bərpa işləri həyata keçirilmiş, hər sahədə əsaslı addımlar atılmışdır. Sözsüz ki, atılan addımlar onu sübut edir ki, Sevindik Hətəmov cənab Prezidentin etibar etdiyi vəzifə sahiblərindən biridir. Düşünürük ki, Salyan rayonunun tarixində silinməz izlər buraxan, adını yaddaşlara qurucu və yaradıcı şəxs qismində həkk etdirən bu şəxs, ona göstərilən etimadı bundan sonra da lazımınca doğurultmağa çalışacaq. Ən əsası, yerli sakinlərin üz-üzə qaldıqları çoxsaylı problemlərin, həllini gözləyən bir çox məsələlərin, qarşıda duran əsas vəzifələrin həlli yöndə lazımi addımlarını atacaq. Yerli sakinlərdən əldə etdiyimiz məlumatlara görə, RİH-nin başçısı ötən illər ərzində əldə etdiyi zəngin iş təcrübəsini, çevik idarəçilik bacarığını Salyan rayonuna məxsus problemlərin həllinə yönəldir və hər kəs də atılan addımların canlı şahidi olur.
Hazırladı: Lətafət Orucqızı
Bu xəbər üçün şərh yazın