Salyanda şəhid və qazi ailələri daim diqqət mərkəzindədir!

Salyanda şəhid və qazi ailələri daim diqqət mərkəzindədir! 

Bir You Tube kanalında gedən  “Salyanın icra başçısından qazi anasına şok sözlər: “Oğlun şəhid olmayıb ki, torpaq niyə verək?” başlıqlı video süjetə  RİH-dən bildirilmişdir ki, İH-başçısının tapşırığına əsasən vətəndaş Sevda Əliyevaya Aşağı Noxudlu bələdiyyəsindən 0,02 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Vətəndaş S.Əliyeva Aşağı Kürkəndi kəndində qeydiyyatda olduğu üçün, ona ayrılmış torpaq sahəsi qanunvericiliyə əsasən hərrac və müsabiqə qaydasında veriləcəkdir. Vətəndaşın müraciəti nəzarətə götürülmüş və torpağın sənədləşmə işlərinə başlanılmışdır.

Həmçinin  RİH- başçısı aidiyyəti şəxslərlə birlikdə vətəndaşın evində olmuş, evinə gedən yararsız elektrik xəttlərinin yenilənməsinə  və yığılmış borcunun ödənilməsinə müvafiq göstəriş vermişdir.

Bundan əlavə vətəndaş S.Əliyevanın 6 ay kirayə pulu öncədən ödənilməsinə köməklik göstərilmiş, davamlı olaraq ərzaq yardımları olunmuşdur.

Vətəndaş S.Əliyeva həyat yoldaşından ayrılmışdır. Müraciətdə qeyd etdiyi oğlu II Qarabağ müharibəsi veteranı Əliyev Ülvi atası Əliyev Azər ilə birgə Aşağı Kürkəndi kəndində yaşayır və ona müraciəti əsasında digər müharibə iştirakçıları kimi RİH tərəfindən əkin məqsədilə 1 ha torpaq sahəsi ayrılmışdır.

Öz növbəmizdə  bildirdirmək istərdik ki, Salyan rayonu bu məsələlərdə  ən öndə gedən rayonlardan, bəlkə də, birincisidir.  İH -başçısı Sevindik Hətəmov bir vətəndaş,  dövlət məmuru  kimi  hər zaman onlara  vicdanla ,  həssaslıqla  yanaşıb. Şəhidlərlə ,qazilərlə bağlı elə bir tədbir , elə bir yığıncaq olmayıb ki , Sevindik müəllim özü birbaşa orada iştirak etməsin . İstər  dəfn mərasimlərində , istər doğum və anım günlərində , xatirələrinin əbədiləşməsi  məqsədilə tikilən abidə komplekslərinin açılışında cənab başçı hər daim  onların doğmaları ilə bir yerdədir. Mütəmadi olaraq qazi , şəhid evlərində olur , onların ailə üzvləri ilə görüşür , onları narahat edən məsələlər , qayğıları , problemləri ilə yerindəcə tanış olur ,maddi və mənəvi dəstəyini əsirgəmir.

Adı keçən kanalda gedən video süjet reallığı qətiyyən əks etdirmir , qərəzdən , şər və böhtandan başqa bir şey deyildir.
 
  Müşfiq Kişiyev

Millidestek.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi