Şamaxı RMX Doğum Şöbəsinin müdiri Nəzakət Abdulrəcəbovanın da işdən azad ediləcəyi gözlənilir

Şamaxı RMX Doğum Şöbəsinin müdiri Nəzakət Abdulrəcəbovanın da işdən azad ediləcəyi gözlənilir 

Göründüyü kimi, ölkəmizin doğum evlərində baş alıb gedən ana və körpə ölümləri, körpələrin qüsurlarla dünyaya gəlməsi ağrılı məsələ olaraq qalır.

Ana və körpə ölümlərinin baş vermə faizi ötən  illərlə müqayisədə hələki aşağı düşmür. Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu istiqamətdə  kifayət qədər problemlər həllini tapmadığına görə ölüm hallarının statistikası təəssüf doğurur.Belə ki, bəzi həkimlər pasiyenti əməliyyata alırlar ki, qeysəriyyə yolu ilə qüsursuz doğuş həyata keçirsinlər, problem yarandığı təqdirdə onlarla bəhanə uydurulur: ay, ana xəstə idi v s. Bir sözlə,ölüm halları baş verdikdən sonra aparılan araşdırmalardan da  ölkə vətəndaşlarının məlumatsız qalmaları sonrakı mərhələdə səhiyyə ocaqlarına uz tutanları hazırlıqsız vəziyyətdə "yaxalamış" olur. 

    Faktinfo.az -ın məlumatna görə,artıq bəzi doğum şöbələrinin  müdirləri ölüm faizinin çoxluğuna görə Səhiyyə Nazirliyi tərəfindən ciddi şəkildə tənbeh olunur,onlardan bəzilərinə töhmət də verilir.Məsələn, Şamaxı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin adı  ana və uşaq ölümlərinə görə mediada  çox hallanıb.Buna görə də artıq doğum evi  Səhiyyə Nazirliyində "qırmızı xətt"ə düşən səhiyyə ocağı kimi xarakterizə olunur.  Bu tibb ocağında müxtəlif səbəblərdən dəfələrlə doğuş zamanı  ana və uşaq  ölümü halları baş versə də,əksər hallarda  ictimaiyyətdən gizlin saxlanıla da bilib.

06.05 2018-ci il tarixində isə doğum evində ana ölümü ilə nəticələnən daha bir hadisə baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Binyətova doğuş üçün rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən A. Bünyatovanın qəflətən halı pisləşib və o, komaya düşüb.

Yerli və Bakıdan dəvət olunan həkimlərin tibbi yardımlarına baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.Bir sözlə,həkim qiymətləndirməsi istənilən səviyyədə olmadığından pasiyent həyatını itirib. 

Elə bütün bu biabırçılıqların nəticəsidir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Elxan Məmmədov işdən çıxarılıb.  

Faktinfo.az-a Şamaxı rayon Mərkəzi Xəstəxanasından adının çəkilməsini istəməyən həkimin verdiyi məlumata görə,artıq Doğum Şöbəsinin  müdiri Nəzakət Abdulrəcəbovanın da  dəyişdirilməsi məsələsi   nəzərdən keçirilir.

Sayt  Doğum Şöbəsinin  müdiri ilə də telefon əlaqəsi saxlayıb.Nəzakət xanım baş verən sonuncu ana  ölümü faktı ilə bağlı bildirdi ki, o hazırda kursdadır,baş verən son hadisənin səbəbi ilə bağlı dəqiq məlumata malik deyil.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi