“Saqqız çeynəmişəm, əcəb etmişəm, lüt gəzməmişəm ki...” -

“Saqqız çeynəmişəm, əcəb etmişəm, lüt gəzməmişəm ki...” - Əməkdar artistdən onu qınayanlara SƏRT CAVAB

“Efirdə saqqız çeynəmişəm, tənqid ediblər. Çeynəmişəm, çeynəmişəm də. Səhərdən axşama qədər saqqızı reklam edirlər.

Saqqızı pulsuz reklam etmişəm, hələ mənə “dolya” düşməlidir. Camaat efirdə lüt gəzir, heç onu demirlər. Bir saqqız çeynəmişəm, onu deyiblər. Bizim millət sözbazdır, heç nədən bir qəmbərqulu çıxarırlar”

 

 Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, qarmon ifaçısı Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.

 

“Mən olduğum kimiyəm, belə də qəbul olunmuşam. Allahın verdiyi xasiyyətdir. Mənimki deyib-gülmək, danışmaqdır. Heç vaxt qeybət etmərəm, kiminsə arxasınca danışmaram. Kimin nəyi varsa özü bilər. Bacarana can qurban. İnsanların ağzı torba deyil ki, büzəsən. Bir ara deyirdilər ki, həmkarım Gülbahar Şükürlü ilə danışmırıq. Vallah yalan sözlərdir. O da sənətkardır, mən də sənətkaram. Hərəmiz bir tikə çörəyin avarasıyıq. Eyni sənətin sahibiyik, onun öz yolu var, mənim öz yolum. Tez-tez görüşürük, danışırıq. Ölüm-itim dünyasıdır, heç kim bilmir ki, başına nə gələcək. Hərdən gedib qəbirstanlığı ziyarət etsinlər, görsünlər ki, orada nə canlar yatır. İnsanlara heç nə dərs olmur. Vallah nəinki Gülbahar, hamı ilə münasibətim yaxşıdır. Təbii ki, hamı mənim kimi deyil. Bəzən deyirlər ki, filankəs xasiyyətini dəyişdi. İlan rəngini dəyişə bilər? İlan ancaq dərisini dəyişir. Hər bir insanın öz dili var, dil tapmaq lazımdır”, - deyə sənətkar bildirib.

 

Əməkdar artist gəlin-qaynana münasibətlərindən də danışıb.

 

“Analar yaxşı qız böyütmürlər. Evlərə yola salanda deyirlər ki, qaynanan birini desə, sən beşini de. Böyüyün böyük yeri var. Biz axı elə tərbiyyə görməmişik. Böyük həyatı görmüş insandır, o heç vaxt sənin pisliyini istəməz. Mənim qaynanamda işim olmayıb, onun da məndə. Pul qazanan olmuşam. Qaynanam mənə nə edə bilərdi?! Gəlinimi oğlumdan çox istəyirəm. O da bir insandır da. Mənim qızıma zülm etsələr xoşuma gələr? O da bir ata ananın qızıdır. Kim nə edirsə özünə edir”, - deyə sənətkar bildirib.

 

Gövhər Rzayeva yeni repertuar hazırladığını da bildirib.

 

“Məndən çox efirlərdə qonaq olan yoxdur. Yeni zapislərim də var, bu günlərdə təqdim edəcəyəm. Həm bəstəkar mahnılarım var, həm də oynaq mahnılar. Mən lirikanı sevirəm, amma xahiş edirlər ki, efirlərdə oynaq mahnılar ifa edim. Bu da yəqin ki, insanların problemi ilə bağlıdır. Onları yükləmək istəmirlər”, - deyə sənətkar bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi