Şəbnəm Tovuzlu yenə hamını özünə güldürdü - Foto
Müğənni Şəbnəm Tovuzlu yenə İnstaqram izləyiciləri tərəfindən tənqid olunub.
İfaçının yeni açıqlaması onu yenə tənqid obyektinə çevirib.
Belə ki, ifaçı - "Tez-tez xarici ölkələrdə konsert və toy dəvəti alıram, buna görə bəzən çətinlik yaşayıram. Çünki öz stilimi heç kimə etibar etmirəm. Buna görə, qonşu olduğumuz dövlətlərin hər birində bir stilistim var" açıqlaması ilə izləyiciləri qıcıqlandırıb.
"Ona görə deyirsən Amerika Avropa ölkəsidir?", "Avropanın Dubay ştatında var yəqin", "Bu heç olmasa getdiyi ölkələrin adını bilir?", "Mən bilən getdiyin 3 ölkə var"- deyə müğənniyə tənqidedici şərhlər yazılıb.
Qeyd edək ki, Şəbnəm Tovuzlu bir müddət öncə ARB telekanalında yayımlanan "Hüseynova bacıları" verilişindəki "Amerika Avropa ölkəsidir" açıqlamasına görə tənqid olunub./Yeni Sabah.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın