Şəbnəm Tovuzluya ticarət mərkəzi tikən Hacı kimdir?

Şəbnəm Tovuzluya ticarət mərkəzi tikən Hacı kimdir? 

Müğənni Şəbnəm Tovuzluya “tender kralı” kimi təqdim olunan Ramazan Mirzəyevin ticarət mərkəzi tikdirməsi ilə bağlı bu gün mediada xəbər yayıldı.

Bəs R. Mirzəyev kimdir, onu niyə kral adlandırırlar?

“Yeni Sabah” iş adamı ilə bağlı internetdə araşdırma aparıb və maraqlı məqamlar üzə çıxıb. Əslən Masallı rayonundan olan R. Mirzəyevi milyonçu məmur, "tender kralı” və "Məmmədoğulları” MMC-nin rəhbəri kimi təqdim edirlər. Amma onun xeyriyyəçi kimi təqdimatları da az deyil. Xəbərlərdə bildirilir ki, Hacıbala Abutalıbovun Bakı meri olduğu dönəmdə paytaxtın bir sıra rayonlarında həyata keçirilən layihələrdə Mirzəyevin adına rast gəlmək olur. Bakı merinin yaxın dostu demək olar ki, illərlə həyata keçirilən tenderlərin qalibi olub. 

Ramazan Mirzəyev son bir neçə ildə dövlət tərəfindən elan olunan milyonlarla məbləği olan tenderlərin sahibi olub. Hətta onu bir çox mənbələrdə H. Abutalıbovun şəriki kimi də qeyd edirlər: “Bakı meriyasının milyonçu şərikinin paytaxtda sahib olduğu obyektlərini və tikinti şirkətlərini sadalamaqla bitən deyil. Onun sahib olduğu onlarla binanın dəyəri belə on milyonlarla ölçülür. "Məmmədoğulları” MMC, mebel mağazaları, "Memmedoğulları" servis,  Bakının mərkəzində hündürmərtəbəli ofislər binası və s...

R. Mirzəyevin adı Bakı Şəhər İcra Hakimiyyətinin "pulyuyan maşını" kimi də çəkilir. İndiyə qədər mediada yayılan və təkzib olunmayan məlumatlarda bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin bütün avtomobillərinin təmiri ilə "Məmmədoğulları” MMC məşğul olur: "Yəni meriyanın balansında olan maşınların təmiri, yenidən qurulması üçün Ramazan Mirzəyevin şirkətinə hər il milyonlarla manat vəsaitlər köçürülür. Bundan başqa "Bakı Şəhər İcra Hakimiyyəti "Məmmədoğulları” MMC-dən müxtəlif işlərin görülməsi adı altında kirayə avtomobillər götürərək istifadə edir".

Digər mənbələrdə Ramazan Mirzəyevin Şəbnəm Tovuzlunun gizli sponsoru olduğu iddia edilir. İddialara görə o həm Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atasıdır. 

Məlumatda qeyd edilir ki, Ramazan Mirzəyev Şəbnəm Tovuzluya paytaxtda dəbdəbəli mənzil almaqla bərabər, həm də ona gizli şəkildə sponsorluq edir.  2016-cı ildə Şəbnəm Tovuzlu sevgilisi ilə bağlı “Həyat tərzi” verilişində bildirmişdi ki, o, Hacı adlı şəxslə kəbindədir: “Mətbuatda mənə layiq olmayan bir şayiəni dərc etdilər. Bütün bunlar isə reklam, oxucu kütləsi toplamaq üçün edildi. Sosial şəbəkədə yazırlar ki, Şəbnəm xanım ailə dağıdır. Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insanda məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır. Biz normal şəkildə ailə qurmuşuq. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik. Kəbinimiz var”.

Faktinfo.az

Şəbnəm Tovuzluya ticarət mərkəzi tikən Hacı kimdir?

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər