Səfər Mehdiyevin dostu baş həkimlikdən getdi
Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov öz təşəbbüsü ilə tutduğu vəzifəsindən ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hospitalın yaydığı məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl yerli mətbuatda E. Məmmədovun Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin yaxın dostu olması barədə məlumatlar dərc olunub.
Xatırladaq ki, bu il iyulun 16-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dövlət Gömrük Komitəsinə sədrlik edən Səfər Mehdiyev vəzifəsindən azad edilib.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın