Şəhid ailələrinin narazılığına nazirlikdən – Münasibət
Qanunvericiliyə uyğun olaraq sığorta ödənişini bir dəfə almış şəhid hərbi qulluqçuların vərəsələrinə təkrar sığorta ödənişi nəzərdə tutulmayıb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bəzi şəhid ailələrinin narazılığına münasibət bildirərkən deyib.
O bildirib ki, əgər nazirliyin saytında “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsində axtarış zamanı hərbi qulluqçunun ailəsinin birdəfəlik müavinət almaq hüququnun olmadığı barədə məlumat çıxırsa, demək, onlar birdəfəlik ödəniş alıblar:
"Dövlət Sığorta Kommersiya Şirkəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sığorta ödənişi almış hərbi qulluqçuların siyahısını təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə həmin siyahıda adları olan şəxslərin sığorta ödənişi aldıqları barədə məlumat daxil edilib. Bu səbəbdən də həmin şəxslərin ailə üzvləri nazirliyin saytına yerləşdirilən siyahıda şəhid qohumlarının adını axtararkən qarşılarına onların birdəfəlik ödənişi alması ilə bağlı qeyd çıxır. Siyahı nazirliyin saytına yerləşdiriləndən sonra birdəfəlik ödəməni almaq hüquqü olmayan bir neçə hərbi qulluqçuların qohumları buna etiraz ediblər.
Report.az
Bu xəbər üçün şərh yazın