Şəhid anası bu dəfə Milli Məclisin deputatlarına üz tutdu

Şəhid anası bu dəfə Milli Məclisin deputatlarına üz tutdu -Artıq intihar həddindəyik...

Tovuz rayonu,Vahidli kənd sakini,şəhid və qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına müraciət ünvanlanıb.

Faktinfo.az saytına göndərilən məlumatda deyilir:

Yazıb nəzərinizə çatdırıram ki,1994-cü ildə Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrdə Nazirlər Kabineti şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında 14 yanvar tarixli, 10 saylı qərar qəbul edib. Həmin qərarın  3.2.9 bəndində qeyd olunur ki, şəhid ailəsi üzvünü işdən çıxarmaq birmənalı olaraq yolverilməzdir. Eyni zamanda bildirirəm ki, Nazirlər Kabinetinin qərarında yazılanlara istisnasız əməl olunmalıdır, çünki Nazirlər Kabineti Azərbaycan Respublikası prezidentinin yuxarı icra orqanıdır və Ulu Öndərimiz Heydər Əliyevin sədrliyi ilə ümumxalq səsverməsi ilə qəbul edilmiş konstitusiyamızda da qeyd olunur ki, Nazirlər Kabinetinin qərarları dərc edildikdən sonra onların tətbiqi və icrası məcburidir.


Hörmətli millət vəkilləri!

Lakin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yuxarıda qeyd olunanları heçə sayaraq artıq iki ildir ki, oğlum Həsənov Naməddin Tofiq oğlunun əmək müqaviləsinə, müqavilənin müddətinin başa çatmasını əsas götürərək xitam verib.Bildirirəm ki, oğlum peşəkar alim-aqronomdur, dəfələrlə nazirliyin əməkdaşlarına dərs keçib, Şəhid və Qarabağ veteranı qardaşıdır, xəstə,daimi müalicəyə ehtiyacı olan şəhid anası onun himayəsində yaşayır, üç azyaşlı uşağı var, ailədə tək işləyən oğlum idi, Ermənistanla sərhəd kənddə yaşayırıq və müharıbədə evimizə ciddi ziyan dəymişdir.


Hörmətli Milli Məclisin deputatları!

Bizə pis təsir edən isə odur ki, həmin təşkilatda yeganə Şəhid və Qarabağ veteranı qardaşı oğlum idi, onu da işdən azad etdilər. Artıq iki il ərzində etdiyimiz minlərlə şikayətlərimiz nəticəsiz qalıb. Çünki, Aqrar Xidmətlər Ağentliyinin ixtisasca neft mühəndisi olan əməkdaşı Rəşad Vahabzadənin tələb etdiyi 25000 manat rüşvəti verə bilmədiyimizə görə bütün müraciətlərimizə cavab olaraq bildirirlər ki, oğlunuzun əmək müqaviləsinin uzadılmasını məqsədə uyğun hesab etmirik, amma vətən uğrunda ölməyiniz məqsədə uyğundur. Bir daha qeyd edirəm ki, 25000 manat rüşvəti verməyə imkanımız yoxdur, müharibədə dağılan evimizi isə alan yoxdur ki, satıb Rəşad Vahabzadələrə verək bizdən əl çəksinlər. 


Aqrar Xidmətlər Agentliyinin sədr müavini, Real TV-nin efirində tez yetişən sortlara tez bara düşən sort deyərək özünü respublikada biabır edən, aqrar sahədən heç bir anlayışı olmayan, vətən məvhumuna hörmət qoymayan Cəfər Məhərrəmov dövlətin bizə verdiyi şəhid ailəsi statusunu təsdiq edən sənədi kobud şəkildə üstümüzə ataraq bizə bildirmişdir ki, siz şəhid ailəsi olmağınızdan istifadə edirsiniz. Cəfər Məhərrəmov eyni zamanda bildirir ki, gedin nə qədər istəyirsiniz şikayət edin, mən nə Nazirlər Kabineti sayıram, nə də onun qərarlarını. 

    

Hörmətli Millət vəkilləri!

Bir daha Sizlərdən xahiş edirəm mənim müraciətimi ən azından yeri düşəndə səsləndirin,imkan varsa şəxsi nəzarətə götürün,Şəhid və Qarabağ  veteranı ailəsinə qarşı olan haqsızlığa son qoyulmasında bizə yardımçı olun.Çünki, artıq intihar həddindəyik.

Faktinfo.az




Şəhid anası bu dəfə Milli Məclisin deputatlarına üz tutduŞəhid anası bu dəfə Milli Məclisin deputatlarına üz tutduŞəhid anası bu dəfə Milli Məclisin deputatlarına üz tutdu
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi