Şəhid anası Məcnun Məmmədovdan kömək istədi... - MÜRACİƏT

Şəhid anası Məcnun Məmmədovdan kömək istədi... - MÜRACİƏT 

Tovuz rayonu, Vahidli kəndi, şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova müraciət ünvanlayıb.

Bir nüsxəsi də Faktinfo.az-a göndərilən müraciətdə  deyilir:

"Ulu öndərimiz qeyd edirdi ki, bütün cəmiyyətimiz şəhid ailələrinə borcludur, çünki onlar vətənimiz və cəmiyyətimiz üçün canlarını qurban veriblər. Onu da nəzərinizə çatdırıram ki, mənim bir oğlum Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, digər iki oğlum isə vətən uğrunda sağlamığını itirmişdir. Buna baxmayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi cənab prezidentimizin tapşırıqlarını və Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarını, eyni zamanda dövlət siyasətini heçə sayaraq peşəkar mütəxəssis, alim aqronom, Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçmiş, üç azyaşlı uşağı və himayəsində qoca, xəstə, daimi müalicəyə ehtiyacı olan şəhid anası yaşayan oğlum Həsənov Naməddin Tofiq oğlunun əmək müqaviləsinə qeyri-qanuni olaraq, müqavilənin müddətinin başa çatmasını əsas götürərək xitam verib.

Cənab nazir!

Sizin bu vəzifəyə təyin olunmağınız artıq öz gözəl bəhrələrini verir. Belə ki, bu sahədə atdığınız ilk uğurlu addımlar və islahatlar təqdirə layiqdir.Onu da qeyd edim ki, dəfələrlə Sizə teleqram və məktublarla müraciət edərək
məni şəxsən qəbul etməyinizi xahiş etsəm də, köhnə komanda buna mane və əngəl olur, mənim qəbula düşməyimə imkan vermir, bütün məlumatları təhrif edir və Sizdən gizlədirlər. Bir daha qeyd edim ki, mən Sizin fəaliyyətinizi alqışlamaqla Sizi ilk təbrik edənlərdən olmuşam. Yenə də bildirirəm ki, Sizin bu sahəyə rəhbərliyiniz bir çox uğurlara imza atacaq və ölkəmizin kənd təsərrüfatı çox yaxın müddətə inkişaf edəcək, əhalinin maddi rifah halının yüksəlməsinə səbəb olacaqdır. Bu çətin və məsuliyyətli işdə bir daha Sizə uğurlar arzulayıram.

Cənab nazir!

Xahiş edirəm çoxsaylı müraciətlərimi , eyni zamanda Şəhid və Qarabağ veteranı anası olduğumu nəzərə alaraq məni qəbul edib dinləyəsiniz".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi