Şəhid hərbçimiz torpağa tapşırıldı
Bu gün Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu torpağa tapşırılıb.
Faktinfo.az Report.az-a istinadən xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, idarə və təşkilat işçiləri, əsgərin hərbçi yoldaşları və yerli sakinlər iştirak ediblər.
2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın