Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub - FOTOLAR
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsinə həsr olunmuş sərginin açılışı olub.
Faktinfo.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan sərginin təşkilində əsas məqsəd vətən uğrunda şəhid olmuş bütün oğullarımızın əziz xatirələrini yaşatmaq, qəhrəmanlıq dastanlarını əbədiləşdirmək, onların ruhlarını yad etmək, şəhid ailələri, övladları və valideynləri qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirməkdir. Muzey Mərkəzində təşkil olunan rəsm sərgisində Bakı şəhəri Nizami rayonundan şəhid olmuş 31 qəhrəmanımızla yanaşı, Birinci Qarabağ Müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri və Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış 20-dən çox şəhidimizin, o cümlədən, Milli Qəhrəmanlar General-Mayor Polad Həşimov və Polkovnik-Leytenant Murad Mirzəyevin xatirələrinə ithaf olunmuş rəsm əsərləri də yer alıb. Sərgidə, ümumilikdə, 59 rəsm əsəri nümayiş etdirilir. Əsərlərin müəllifləri Azərbaycan Rəssamlar İttifaqının üzvü, 7 dəfə fəxri fərman və fəxri diplomlarla təltif olunmuş, I Qarabağ müharibəsinin veteranı Şəmsəddin Əliyev və gənc rəssam, bir çox beynəlxalq mükafatların sahibi Elşən Abbasovdur.
Sərginin açılış mərasimində şəhid ailələri, eləcə də, millət vəkili Könül Nurullayeva, xalq rəssamı Ağaəli İbrahimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, həmçinin ASAN Radionun rəhbəri Emin Musəvi iştirak edib. Karantin qaydaları çərçivəsində baş tutan mərasimdə çıxış edən iştirakçılar ilk növbədə bu cür vətənpərvər övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, sərgini uğurlu təşəbbüs kimi qiymətləndirərək, bu tədbirin mənəvi əhəmiyyətini vurğulayıblar.
Millət vəkili K. Nurullayeva sərginin aprel ayında təşkilinin təsadüf olmadığını bildirib: “Uğurlu Aprel döyüşləri Azərbaycan xalqının iradəsi, əzmi, fədakarlığı, vətənpərvərliyinin ən bariz nümunəsi, Aprel şəhidləri isə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbəmizin zəfər bünövrəsinin qurucuları idi. Bu baxımdan sərginin məhz aprel ayında baş tutması təsadüfi deyil. İstər Aprel Zəfəri, istərsə də Böyük Vətən Müharibəsi müasir tariximizin ən şanlı səfihəsidir. Sərgi xalqımızı şanlı zəfərə aparan keşməkeşli və qürurlu qələbə yolunda Nizami rayonundan olan şəhidlərin simasında vətən uğrunda canını fəda edən bütün vətən oğullarımızın əziz xatirəsinə ithaf olunur. Bu sərgi ilə tanış olan hər bir kəs vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən bütün qəhrəmanlarımızın əziz xatirəsini yad etmiş olacaq.”
Təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə və Muzey Mərkəzinə təşəkkürünü bildirən K. Nurullayeva hər kəsi bu sərgidə iştirak edərək şəhidlərimizin əziz xatirəsini anmağa dəvət edib.
Sərgidə nümayiş edilən videoçarx və şəhidlərin simasını əks etdirən rəsm əsərləri ümum şəhid ailələri, valideynləri və övladlarına həyəcanlı və təsirli anlar yaşadıb, sərgi iştirakçısı olan şəhid ailələrini qəhər göz yaşlarına qərq edib.
Qeyd edək ki, Muzey Mərkəzində təşkil olunan sərgi şənbə və bazar günləri istisna olmaqla, 14-20 aprel tarixlərində bütün vətəndaşlarımızın üzünə açıq olacaq. Sərgidə iştirak ödənişsizdir. Şəhidlərimizə ithaf olunmuş bütün rəsm əsərləri sərginin sonunda Könül xanım tərəfindən xatirə əsər qismində şəhid ailələrinə hədiyyə olunacaq.
Организована выставка, посвященная светлой памяти наших шехидов
Состоялось открытие выставки, посвященной светлой памяти сыновей-героев Азербайджана, отдавших свою жизнь за территориальную целостность нашей страны. Основная цель выставки, открытой по инициативе депутата Милли Меджлис Кёнуль Нуруллаевой и при организационной поддержке Министерства культуры Азербайджанской Республики, заключается в сохранении памяти о всех сыновьях нашей страны, павших ради своей родины, увековечивании эпосов об их героизме, почтении их памяти, исполнении морального гражданского долга перед семьями шехидов, их детьми и родителями.
На художественной выставке, организованной в Музейном центре, представлены картины, нарисованные в память о 31-м шехиде из Низаминского района города Баку, более 20-и военнослужащих, возвысившихся до вершины шехидства во время Первой Карабахской войны, Апрельских сражений, Товузских боев и Отечественной войны, а также Национальных героях - генерал-майоре Поладе Хашимове и полковник-лейтенанте Мураде Мирзаеве. В целом на выставке представлено 59 картин. Авторы работ - член Союза художников Азербайджана, ветеран Первой Карабахской войны, семь раз награжденный почетными грамотами и почетными дипломами, Шамсаддин Алиев,и молодой художник, лауреат многих международных наград Эльшан Аббасов.
На церемонии открытия выставки участвовали члены семей шехидов, а также депутат Кёнуль Нуруллаева, народный художник Агали Ибрахимов, председатель Общественного Объединения “Инвалиды, ветераны и семьи мучеников Карабахской войны” Мехди Мехдиев, директор «АСАН Радио» Эмин Мусави. Во время выступлений на мероприятии, организованном в рамках соблюдения правил карантина, участники, в первую очередь, выразили благодарность родителям,
которые воспитали таких детей-патриотов. В то же время, они оценили выставку как успешную инициативу и подчеркнули моральную значимость этого мероприятия.
Депутат К.Нуруллаева отметила, что организация выставки в апреле была неслучайной. «Успешные Апрельские сражения были самым ярким примером, продемонстрировавшим волю, решимость, самопожертвование и патриотизм азербайджанского народа, а Апрельские шехиды заложили триумфальную основу нашей Великой победы в 44-х дневной Отечественной войне. Именно с этой точки зрения, организация выставки в апреле неслучайна. Апрельская победа и Отечественная война обе являются славными страницами нашей современной истории. В лице шехидов Низаминского района, павших на тяжелом и гордом пути нашего народа к славной победе, выставка посвящена светлой памяти всех наших сыновей, отдавших жизнь за Родину. Каждый, кто посетит эту выставку, почтит память всех наших героев, павших за территориальную целостность и свободу нашей родины», - сказала К.Нуруллаева.
Выразив благодарность Министерству кульnуры и Музейному центру за организационную поддержку, К.Нуруллаева пригласила всех посетить выставку и почтить светлую память наших шехидов.
Видеоролик, продемонстрированный на выставке,а также картины, изображающие шехидов, оказали сильное потрясение на семьи шехидов, их родителей и детей, вызвав у них слезы горечи.
Следует отметить, что выставку, организованную в Музейном центре, могут посетить все желающие с 14 по 20 апреля, кроме субботы и воскресенья. Участие в выставке бесплатное. После завершения выставки, Кёнуль ханым подарит все картины, посвященные нашим шехидам, семьям шехидов.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın