Şəmkirdə müəllimlər bağçaya odun daşıyır - Foto
Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 4 saylı uşaq bağçası və körpələr evində istilik sistemi yoxdur.
Bu səbəbdən müəllimlər bağça və körpələr evini isitmək üçün odun daşıyırlar. Çinarlı qəsəbəsində işıq və qaz olduğu halda, təhsil müəssisələrində müəllim və şagirdlər soyuqdan əziyyət çəkirlər.
Bu barədə Axar.az-a daxil olan şikayətdə bildirilib ki, sözügedən qəsəbə Şəmkir şəhər mərkəzinə yaxındır. Uşaq bağçası Şəmkir rayon İH-nin yerli icra nümayəliyinin və bələdiyyənin 40-50 metrlik məsafəsində yerləşir.
Məsələ ilə bağlı Şəmkir Rayon İH-dən saytımıza bildirilib ki, yanvarın 1-dən etibarən uşaq bağçaları yerli təhsil şöbələrinin balansına verilib.
Şəmkir rayon Təhsil Şöbəsindən saytımıza verilən açıqlamada isə qeyd olunub ki, bağçadakı problemlə bağlı rayon təhsil şöbəsinə yazılı müraciət olmalı, bundan sonra məsələ araşdırılmalıdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın