Sensasiya: Tokayev Rusiya ordenindən imtina etdi
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyanın ona təqdim etmək istədiyi “Aleksandr Nevski” ordenindən imtina edib.
Faktinfo.az Axar.az -a istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı Qazaxıstan PA-nın mətbuat xidməti təsdiqləyib.
Bildirilib ki, buna səbəb Tokayev səlahiyyət müddətinin sonuna kimi yerli və xarici ölkə mükafatlarını qəbul etməmək barədə qərarıdır.
Məsələ ilə bağlı açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Tokayevin bu ordenlə təltif olunması barədə məlumatlar yanlış olduğunu iddia edib:
“Bu məlumatın necə ortaya çıxması ilə bağlı fikrim yoxdur. Həmçinin Qazaxıstan Prezidentinin bu ordenlə təltif edilməsi planlaşdırılmayıb".
Qeyd edək ki, Tokayevin eyni qərara görə bundan öncə Qırğızıstanın ən yüksək dövlət ödülü “Manas”dan imtina etdiyi bildirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın