Sərdar Cəlaloğludan ŞOK AÇIQLAMA -

Sərdar Cəlaloğludan ŞOK AÇIQLAMA - Tapşırıqları Əli Həsənovdan alırdım-Yenilənib

Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü.

Bunu Hurriyet.org saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

O uzun illər bu fəaliyyətin gizlin saxlanılmasının da səbəbini açıqlayıb:

"Bir partiya funksioneri kimi Əli Həsənovun müvafiq tapşırıq və tövsiyyələri ilə bizim fəaliyyətimizi istiqamətləndirib. Bir çox vaxt ölkədə baş verən bəzi hadisələrə radikal mövqe nümayiş etdirmək üçün məhz mən seçilirdim. Çünki, bu işdə daha çox fəallıqla fərqlənmişəm. İndiki halda bunu o səbəbdən açıqlayıram ki, artıq əvvəlki sistemlə işləməyə ehtiyac yoxdur, mənə də həmin tezislər daha gəlmir".

Partiya sədri bu məsələləri çoxdan açıqlamaq istədiyini vurğulayıb. Sərdar Cəlaloğlu əlavə edib: "Əvvəl də bunu açıqlamaq istəmişəm, amma müvafiq şöbənin fəaliyyətinə kölgə düşəcəyindən ehtiyyat edirdim. İndi isə artıq Administrasiyada həmin şöbə ləğv olunub, açıq şəkildə bəyan etmək mümkündür. Kimsə Əli Həsənovun sosial şəbəkədə trolu funksiyasını yerinə yetirirdi, qardaşım Qurban Məmmədov xaricdən bu işə dəstək verirdi, mən isə birbaşa aktual məsələlərə şərh bildirməklə öz funksiyamı yerinə yetirmişəm və bunu deməkdən çəkinmirəm". 

***

“Mən hazırda saytlarda Sərdar Cəlaloğlunun özünün bir qədər öncə adından yayılan müsahibə ilə bağlı təkzibini oxuyuram. Ona görə də bu haqda əlavə şərhə ehtiyac yoxdur”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov ADP sədri Sərdar Cəlaloğlunun adından yayılan müsahibə haqqında danışarkən deyib:
“Sərdar Cəlaloğlu elə açıqlama verməyib. O, bildirib ki, açılqamanı onun adından kimsə təxribat kimi yayıb, məlumatı yayan sayt kimdirsə, onu məhkəməyə verəcək. Buna əlavə şərh vermək istəmirəm”. 

***

Hurriyyet.org-a istinad edən dəyərli media nümayəndələrinin və ayrı-ayrı ictimai-siyasi xadimlərin də diqqətinə çatdırmaq istəyirik ki, Hurriyyet.org-da dərc olunan “Sərdar Cəlaloğlu: Tapşırıqları Əli Həsənovdan alırdım” sərlövhəli yazı saytımızın parollarını ələ keçirən hakerlər tərəfindən yerləşdirilib.Bu təxribatın araşdırılması və cinayətkarların ortaya çıxarılması ilə bağlı tərəfimizdən Respublika Prokurorluğuna, Dövlət Təhlükəsizliyi Xidmətinə və Rabitə Nazirliyinə müraciət olunub. Ümid edirik ki, tez bir zamanda bu təxribatı həyata keçirən şəxslərin və sifarişçilərin kimliyi aydınlaşdırılacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi