Sergey Lavrov Türkiyənin vasitəçiliyini müsbət qiymətləndirib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və İsrailin vasitəçiliyinə münasibət bildirib.
Report.az TASS-a istinaədn xəbər verir ki, o, bu barədə RBC kanalına müsahibəsində deyib.
“Əlbəttə, müharibəyə qoşulmayan ölkələrin, o cümlədən Türkiyənin vasitəçiliyini müsbət qiymətləndiririk” - o deyib.
S.Lavrov həmçinin vurğulayıb ki, vasitəçiliklə bağlı İsveçrədən də təkliflər gəlir. Nazir Rusiya əleyhinə sanksiyalara qoşulmuş ölkələrin vasitəçiliyindən imtina etdiyini söyləyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın