Sərkisyan: Makron “siqnal” verdi, MQ-yə qayıtmalıyıq
Rusiya sülhməramlılarının artıq "artsax"da (keçmiş qondarma "dqr") olması münaqişənin həlli prosesinin başa çatması demək deyil.
Bunu Ermənistan Prezidenti Armen Sərkisyan deyib.
"Bu, Minsk prosesi deyil, üçtərəfli sənəddir, barışıqdır. Atəşkəs haqqında saziş "artsax"ın yekun statusunu müəyyənləşdirmir. Artıq Fransa XİN-i və Prezident Emmanuel Makron tərəfindən müvafiq bəyanatlar verilib. Prosesin Minsk istiqamətinə qaytarılması barədə siqnallar var. Biz "artsax" üçün danışıqlara qayıtmalıyıq. Bunun uğurlu olması üçün güclü Ermənistan və "artsax", eləcə də güclü xalq olmalıyıq”, - Sərkisyan bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın