Sərnişin qatarlarının hərəkətinə qoyulan qadağa aradan qaldırıla bilər- Tarix
Mart ayının 15-dən Bakıdan regionlara və əks istiqamətdə sərnişin qatarlarının hərəkətinə qoyulan qadağa aradan qaldırıla bilər.
''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhimdar Cəmyyətindən məsələyə münasibət öyrənə bilməsək də dəmir yolundakı mənbənin bildirdiyinə görə,sərnişin daşınmasının bərpa edilməsi gündəlikdə olan məsələdir.
Faktinfo.az saytına verilən məlumatda o da bildirilir ki,qarşıdakı ayda ölkədaxili sərnişin qatarlarının hərəkəti bərpa edilməzsə Sərnişin Daşınma Departamentində əlavə ixtisarlara gedilə bilər.Bu amil isə xidmət sahələri üzrə maliyyə çətinliklərinin aradan qaldırılmasının ''Azərbaycan Dəmir Yolları'' QSC-nin sədri üçün prioritet məsələ təşkil etdiyi bir zamanda əlavə xərclərə yol aça bilər.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın