Şərqi Aralıq dənizi artıq indi silah anbarına çevrilib- Neftlə zəngin bu ərazilərdə pərdəarxası oyun oynanılır
Fuad UğurTürkiye (Türkiyə), 03.05.2019
Bunu Birləşmiş Ştatlar da bilir. Axı Türkiyə ölkəyə iyunda gələcək və bir neçə ay boyunca aktivləşdiriləcək S-400-lə həm özünün qitə şelfinin, həm də sərhədlərinin təhlükəsizliyini təmin edəcək. Manevri yüksəldəcək. Özünün hava hücumundan milli müdafə sistemini quraraq Yaxın Şərqdə energetik geopolitikada və güc balansında önəmli strateji üstünlük əldə edəcək.
Məsələn, Suriyanın şimalında Xalq Özünümüdafiə Dəstələri (YPG) və “Demokratik Birlik” Partiyasına qarşı əməliyyat başlananda ABŞ onlara havadan istənilən dəstəyi verə bilməyəcək, görülən bütün işlərin bütünü puç olacaq. Nəticədə bölgədə terrorçu qurumların iştirakının sonu çatacaq. Və buna Türkiyə son qoyacaq. S-400-ün əsas mənası budur. Başqa sözlə, ABŞ-ın, daha doğrusu, İsrailin pərdəarxası qorxusu hədəf siyahısına daxil etdikləri Türkiyənin asan qənimət olmayacağını anlamaqla bağlıdır. Bu onların coşğun reaksiyasının özülündə duran baş amildir.
Hətta Türkiyədə yerləşdiriləcək S-400-lər özəl məhsuldur. Məsələn, S-200 və ya S-300-ün kodları İsrail və ABŞ tərəfindən azdan, ya çoxdan açılıb, amma onlar S-400-ü tanımır və şifrəsini aça bilmirlər, çünki bunların proqram təminatı özəlcə Türkiyə üçün hazılanıb.
Bundan başqa, S-400-dən savayı “Bora”, “Hisar” və “Sipər” kimi raket sistemləri hava məkanımıza nəzarət sahəsində Türkiyənin mövqeyini gücləndirir.
Dosent, doktor Eray Güçlüer keçən bazar günü aprelin 28-də “Avropada gündəm” proqramımızın qonağı idi. Əslində, yuxarıda onun sözlərini ümumiləşdirmişəm. Eray Güçlüer yada salır ki, S-400, adından göründüyü kimi, 400 kilometr təsir mənzilinə malikdir. Türkiyənin Aralıq dənizindəki qitə şelfi 200 mil, yəni 370 km-dir.
Bu, sıradakını bildirir. Dünya indi strateji energetik zonalarda hərbi iştirakın təmin edilməsinə sarı hərəkətlənir.Şərqi Aralıq dənizi zəngin neft və təbii qaz ehtiyatları üzündən İsraildən Misirə, Suriyadan Kipr və Yunanıstana qədər bütün dövlətlərin diqqətini çəkən bir bölgədir. Bu ölkələr arxalarında duran fövqəldövlətlərlə birgə bizə deyir: “Siz heç nə axtarmayın, biz axtaracaq və ərazinizin üzərindən göndərəcəyik”. Türkiyə isə 370 km güneyə enib və öz qitə şelfində qazma işləri aparır. Nefti haçan tapacağımız vaxt məsələsidir. Yunanıstan və Kiprin yunan hökuməti zırıldayır: “Türkiyə bizim qitə şelfinin sərhədlərini pozur”. Amma beynəlxalq hüquqa görə, adaların qitə şelfi deyil, yalnız özəl iqtisadi zonaları ola bilər. Həm də onlar bunun üçün uyğun dövlətlərlə saziş bağlamalıdırlar.
Bax, bütün həngamə də buradan qopur. Zəngin enerji resursları yataqları cəlb edilən ölkələri o qədər iştaha gətirir ki, bu, savaş qığılcımı verə bilər. Hərbi gəmilərin iştirakı nəzərə alınsa, Şərqi Aralıq dənizi artıq indi silah anbarına çevrilib. Türkiyə də bununla bağlı öz milli maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün gərəkli işlərdən çəkinmir. O cümlədən S-400 alır.
“ABŞ buna görə qisas alar” deyənlər var. Bunun üçün hətta təlqinlər alırıq ki, onlar bunun üçün Türkiyədəki təsir mexanizmləri vasitəsilə nələr edə bilərlər.
Türkiyə bu “strateji tərəfdaşlar”ın tələblərini onsuz da on illər boyu sözsüz yerinə yetirib. Amma həmişə itkiyə məruz qalıb və aldanıb.
Siz bilirsiniz ki, Türkiyə 1991-ci ildə İraqda başlanan birinci Fars körfəzi hərbi əməliyyatına görə İraqla sərhəd ticarətini tam dayandırıb, neft borusunu bağlayıb. Türkiyə bu üzdən böyük itkilər verib.
Ədalət və İnkişaf Partiyası (ƏİP) hakimiyyətə gələndən sonra ikinci İraq əməliyyatına başlamağa hazırlaşır və Türkiyə ərazisindən istifadə etmək istəyirdilər. O zaman dövlət katibi Kolin Pauell (Colin Powell) əməliyyatdan danışmaq üçün Türkiyəyə gəlmişdi. Baş Qərargahdan tutmuş hökumət üzvlərinə qədər hamının qatıldığı toplantı olub. Kolin Pauell çıxışını bitirəndə Türkiyə tərəfi təmsilçilərindən biri söz alıb və deyib: “Mister Pauell, Fars körfəzində birinci əməliyyat zamanı Türkiyə istədiklərinizin hamısını edib. Amma bu gün görürük ki, sərhədin və neft borusunun bağlanmasından itkilərimiz 100 milyard dollar təşkil edir. Siz buna məhəl qoymadınız. İndi gözləyirsiniz ki, sizə ərazimizdən isitfadə etmək icazəsi verəcəyik, amma bunun bizim üçün necə bir itkiyə dönüşəcəyindən bir kəlmə danışmırsınız? Bunu qiyməti var, nə vəd edirsiniz?”
Kolin Pauell “üzüyola müttəfiq”dən belə sözlər gözləmirdi. Amma tez özünə gəlib və təklif edib: “Nəğd bir milyard dollar və daha bir milyard dollarlıq neft. Nə deyirsiniz?”
Əlbəttə, Türkiyə tərəfi bu təklifə gülüb. Toplantı bitib və məsələnin 2003-cü il martın 1-də Türkiyənin Böyük Millət Məclisində müzakirəsində ƏİP-dən, demək olar, 50 deputat müxalifətlə birgə bəlli memorandumu bəyənməyib, bundan sonra ABŞ-dan ilk qırılma baş verib. Yeri gəlmişkən, hər şey də bundan başlanıb. Ümumiyyətlə, uzun əhvalatdır…
Bu qaravəllini birinci ağızdan eşitmişəm. Eray Güçlüerin özü keçmiş hərbçi kimi həmin görüşdə texniki heyətin tərkibində olub. Yəni bu dialoqu öz qulağıyla eşidib.
Mən belə deyirəm: gəlin, gerçək mənzərəni görək və prezidentin təklif etdiyi “Türkiyə İttifaqı”nın nə demək olduğunu bir daha düşünək.
Əslində, prezidentin çağırışı müxalif partiyaların rəhbərliyini ələ keçirən və kürəsəl güc mərkəzlərinin qulluğunda duran həmin “təsir mexanizmləri”nə deyil, böyük təəssüf ki, daxili siyasi və iqtisadi səbəblərdən onlara səs verənlərə ünvanlanıb.
Bir sözlə, aydındır ki, öz maraqlarımızı qorumaq üçün artıq ABŞ və Qərbin qəyyumluq ehtiyacından qurtulmalıyıq. Bunun üçün isə hər kəs öz üzərinə məsuliyyət götürməlidir./Tərcümə Strateq.az-ındır.
Bu xəbər üçün şərh yazın