Səs yazısı iddia olunan məktəb direktoru danışdı:

Səs yazısı iddia olunan məktəb direktoru danışdı: "Ali təhsili olmayan bir müəllim tərəfindən məruz qaldığım şantajdı,qərəzdi"

Səs yazısının ona aid olduğu iddia olunan Ağstafa rayon, Şahin Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədova Faktinfo.az saytına məlumat göndərib.

Müraciətdə deyilir:"Ötən gün, yəni 27.01.2022-ci il tarixində bəzi saytlarda Ağstafa Rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru olaraq rüşvət istəməyimlə bağlı yayılan səs yazısını qeyri-etik hal hesab edirəm,neçə illərdən bəri pedaqoji fəaliyyətimə olan hörmətsizlik kimi dəyərləndirirəm.

 Yazıb sizə bildirirəm ki, məktəbin müəllimi Vüsalə Məmmədovanın (dediyinə görə kimsə şərti adla paylaşım edib)  facebook sosial şəbəkəsində etdiyi paylaşım qanunsuzdur və heç bir halda qanunauyğun fəaliyyət hesab edilmir.

Bu səs yazısı sırf böhtandır və mənə qarşı şantajdır. Cinayət məcəlləsinin 155 və156-cı maddəsinin tələblərini pozaraq ictimai rəydə mənimlə bağlı mənfi rəy formalaşdırmaqdır.

Faktinfo.az saytının elektron ünvanına göndərilən məlumatda əlavə edilir :"Bir məktəb direktoru kimi rəhbərlik etdiyim pedaqoji kollektivə,hər tədris ilinin sonunda yetirmələrinin sədasının nüfuzlu ali məktəblərdən gəlməsində əməyi olan müəllimlərimizə yanlış münasibətdir. Neçə illik təcrübəsi olan bir direktora ədalətsizlikdir,onun ali təhsili olmayan bir müəllim tərəfindən məruz qaldığı şantajdı,qərəzdi",-deyə direktor bildirir.

Qeyd edək ki, Ağstafa Rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədova və müəllim Vüsalə Məmmədovaya aid olduğu iddia edilən səs yazısı yayılıb.

Faktinfo.az











Birinci məlumatlanmaq üçün facebook səhifəmizi