Səttar Möhbalıyev:

Səttar Möhbalıyev: “Prezident Azərbaycanın haqlı olduğunu bir daha nümayiş etdirdi”

“Prezident İlham Əliyevin aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışı dünya dövlətlərini Ermənistanın təcavüzkar, xain, işğalçı, pozucu və dağıdıcı siyasəti ilə tanış etdi. Artıq bu çıxışla bölgədə nələrin baş verdiyini və nələrin dəyişdiyini təhlil etmək mümkündür”.

Faktinfo.az xəbər verir ki,bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisinin deputatı Səttar Möhbalıyev bildirib.


Onun sözlərinə görə, cənab Prezident işğal altında olan ərazilərin terror yuvasına çevrilməsi, kəndlərin, şəhərlərin viran qoyulması, həmçinin insanlıqla bir araya sığmayan fauna və floranın vəhşicəsinə məhv edilməsinin Ermənistanın dövlət siyasəti olduğunu bir daha bəyan etdi: “Hətta dövlət başçısı ötən ilin sentyabrında müharibənin başlamasına erməni təxribatının olduğuna diqqət çəkdi. Ölkəmizin dinc sakinlərinin yaşadığı ərazilərin ağır artilleriyadan atəşə tutulması və sakinlər arasında ölən və yaralananların olması Azərbaycan Ordusunu əks-hücum əməliyyatlarına məcbur etdi və Azərbaycan bu məsələdə haqlı idi. Bu açıqlama ilə sessiya iştirakçılarına əyan oldu ki, bu təxribatın qarşısı alınmasaydı, Ermənistan işğal siyasətini daha da genişləndirmək niyyətində idi. Əminliklə deyə bilərik ki, artıq Ermənistan bölgə üçün zərərsizləşdirilib, təcavüzkar siyasətinə son qoyulub, ordusu məhv edilib”.


“Cənab Prezident həmçinin bu münaqişədə Azərbaycanın haqlı mövqeyini sübut edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini xatırladır və Azərbaycanın suveren hüquqlarını bərpa etmək üçün əsas olduğunu qeyd edir. Münaqişənin sülh yolu ilə həll olunmasında Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması təəssüf doğurur. Görünən odur ki, “ikili standartlar” beynəlxalq siyasətin ən böyük subyekti olan BMT qərarlarının və qətnamələrinin icrasına mane olur. Bu halın qarşısının alınması üçün icra mexanizmlərinin hazırlanması təklifi kifayət qədər əhəmiyyətli bir addımdır. Beynəlxalq sülhün bərqərar olması üçün bu təşkilatın təşəbbüslərinə inam artmış olar, - S.Möhbalıyev qeyd edib.


“Dövlət başçısının Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrinin icrasına töhfələrini xatırlatması ölkəmizin iqtisadi gücünün və geosiyasi əhəmiyyətinin göstəricisidir. Zəngəzur nəqliyyat dəhlizinin açılması bölgənin regional əhəmiyyətini, iqtisadi potensialını daha da artıracaq və bu dəhlizdən istifadə edəcək hər bir dövlət, o cümlədən Ermənistan üçün əhəmiyyətli olacaq. Bununla yanaşı Naxçıvanla quru əlaqəmizi bərpa etməklə Türkiyəyə birbaşa çıxış imkanımız reallaşacaq, yeni kommunikasiya əlaqələri qurulacaq, həmçinin Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək, - deputat vurğulayıb.


“Cənab Prezident COVID-19 qarşı mübarizə tədbirlərinə başlaya ilk dövlətlər sırasında olan Azərbaycanın pandemiyaya qarşı mübarizə çərçivəsində beynəlxalq təşəbbüslərini xatırlatmaqla ölkəmizin bu məsələdə kifayət qədər diqqətli olduğunu göstərir. Koronovirusa qarşı peyvəndi ilk ölkəyə gətirən ölkələrdən biri olduq, artıq Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 423 660-dır. Bu da kifayət qədər böyük rəqəmdir”, - deputat əlavə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər