SEYMUR HƏZİ AZADLIQDA – FOTOLAR + VİDEO

SEYMUR HƏZİ AZADLIQDA – FOTOLAR + VİDEO 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi azad edilib.

Seymur Həzi həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Xatırladaq ki, Jurnalist Seymur Həzi Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan hökümətini tənqid edən “Azərbaycan saatı” TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru işləyib.

Onun saxlanılması ilə nəticələnən hadisələr barədə mediada yayımlanan polis açıqlamasına əsasən, jurnalist 2014-cü ilin avqustun 29-da Ceyranbatandakı avtobus dayanacağının yaxınlığında tanış olmayan şəxsə qarşı zor tətbiq etdikdən sonra saxlanılıb.

Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində “silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq” maddəsi ilə cinayət işi açılmışdı.

Seymur Həzi 2015-ci ilin yanvarın 29-da Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.

Jurnalist ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, öz həbsinin ictimai fəaliyyətlə bağlı olduğunu deyib.

Beynəlxalq təşkilatlar onun həbsini “siyasi motivli” hesab edib.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir.


seymurseymur01
hqdefault


0




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi